İntiqam Atakişiyev
| İntiqam Atakişiyev | |
|---|---|
| İntiqam Vahid oğlu Atakişiyev | |
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Tüntül, Qəbələ rayonu, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti |
|
| Qoşun növü |
|
| Xidmət illəri | 1992 – |
| Rütbəsi |
Polkovnik |
| Döyüşlər |
Birinci Qarabağ müharibəsi • Murovdağ əməliyyatı • Ağdam uğrunda döyüş • Qubadlının azad edilməsi • Tərtər əməliyyatı • Mart hadisələri |
| Təltifləri | |
|
|
|
İntiqam Vahid oğlu Atakişiyev (7 aprel 1974, Tüntül, Qutqaşen rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı.
Həyatı
7 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olub. 1981–1991-ci illərdə Qəbələ rayonunun Tüntül kənd orta məktəbində, 1991–1992-ci illərdə isə Bakı şəhəri 61 saylı texniki peşə məktəbində oxuyub. Ailəlidir, iki övladı var.
Hərbi xidməti
İntiqam Atakişiyev 1992–1995-ci illərdə Müdafiə Nazirliyinin 776 saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən atıcıdan taqım komandirinin müavini vəzifəsinədək qalxıb.
O, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin nəzdində taqım komandirləri məktəbini, 1997-ci ildə isə Türkiyə Respublikasının Jandarma Komandirləri məktəbini bitirib.
1995-ci ildən 2004-cü ilədək "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsindən hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlib.
1992–1994-cü illərdə Qubadlı, Laçın, Ağdam, Füzuli, Ağdərə və Tərtər bölgələrində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Murovdağ döyüşlərindən birində yaralanıb. 1995-ci il mart hadisələri zamanı dövlət çevrilişi etmək istəyən qüvvələrin qarşısının alınmasında iştirak edib. Onu, "N" saylı hərbi hissənin qrup komandiri təyin etmişdilər. Dövlət Sərhəd Xidməti Xüsusi məktəbinin ilk rəisi vəzifəsində çalışmışdır.
Təltif və mükafatları
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Atakişiyev İntiqam Vahid oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]
(4 aprel 1995) — "Qızıl Ulduz" medalı
(16 avqust 2011) — "İgidliyə görə" medalı[2]
(15 avqust 2014) — "Vətən uğrunda" medalı[3]
(2018) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 41–42.
İstinadlar
- ↑ "Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli 307 nömrəli fərmanı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 04.04.1992. 2017-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.04.1995.
- ↑ "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 1 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2022.
- ↑ "Prezident DSX-nın qulluqçularını təltif etdi". 13 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2022.
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.