Zakir Yusifov

Zakir Yusifov
Zakir Tofiq oğlu Yusifov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (36 yaşında)
Vəfat yeri Səfiyan, Laçın rayonu, Azərbaycan
Vəfat səbəbi şəhid
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Respublikası
Rütbəsi
Döyüşlər
Təltifləri "Qızıl ulduz" medalı

Zakir Yusifov (29 sentyabr 1956, Bakı11 oktyabr 1992, Səfiyan, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 1974-cü ildə 194 saylı məktəbi bitirir və Sasovski adına Mülki Təyyarəçilik məktəbinə daxil olur. 1977-ci ildə təhsilini başa vurur və Yevlaxda işə başlayır. AN-2 təyyarəsinə komandir təyin edilir. 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirir. Respublika ilk hərbi vertolyot eskadrilyasının yaradılması olduqca çətin bir iş idi. Zakir bu işin öhdəsindən Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə gəldi.

Döyüşlərdə iştirakı

Bu uçuşlardan ən uğurlusu 11 aprel oldu. İlk dəfə hərbi vertolyotla havaya qalxan Zakir Yusifov FüzuliXocavənd istiqamətində uğurlu uçuş edə bildi. O, döyüş tapşırığını başa vurur və geri dönür. Zakir Yusifov yüzdən artıq uçuşlar edərək erməni yaraqlılarının xeyli zirehli texnikasını məhv etmişdi. O, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd səmalarında fərqlənmişdir.[mənbə göstərilməlidir]

Ölümü

11 oktyabr 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Qubadlı rayonu, Səfiyan kəndi yaxınlığında məhv edilməsi, eləcə də quru qoşunlarına dəstək məqsədilə üç Azərbaycan tərəfindən helikopteri göndərilib. Zakirin helikopteri düzülüşün önündə uçmalı, birdəfəyə atış açmalı və geri qayıtmalı idi. Bütün ekipajlar tapşırığı aydın şəkildə yerinə yetirdi. Zakir Yusifov "Gedirik!" əmrini verdi. Qrup son dərəcə alçaq hündürlükdə dərə boyu geri döndü. Ağcabədidə, aerodromda 2 helikopter eniş etdi. Zakirin helikopteri isə görünmürdü. İtmiş vertolyotun tapılması üçün Mi-2 havaya qalxdı. Pilotlar Kubatlıya gedən yolda, cəbhə xəttindən uzaqda, təpədə yerli sakinlərin ətrafına toplaşdığı dağıdılmış helikopterin qalıblarını gördülər. Döyüşçülər yerə endikdən sonra insanları sorğu-sual edib və əraziyə baxış keçiriblər. Alətlər hidravlik sistemdə maye çatışmazlığını göstərənə qədər ekipaj zədələri hiss etməyib. Zakir Yusifov və helikopterin uçuş heyəti həlak olub.[1]

Ailəsi

Ailəli idi, iki övladı qalıb.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Yusifov Zakir Tofiq oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.[1]

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.[2]

Vaxtilə oxuduğu 194 saylı məktəb və Bakının küçələrindən biri onun adını daşıyır.[1]

Əlavə olaraq Şəki şəhəri yeni salınan 104- cü kvartalda Zakir Yusifov adına küçə verilmişdir.

Ədəbiyyat

İstinadlar

  1. 1 2 3 Vüqar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları (PDF) (500 nüs.). Bakı: Qapp-poliqraf. Redaktor: Kamil İsmayılov. 2005. 154. (az.)
  2. "Milli Qəhrəman Zakir Yusifovun doğum günüdür". Oxu.az (az.). 14 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2024.

Content Disclaimer

Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.

  1. The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
  2. There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
  3. It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
  4. Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
  5. Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.