Vahid Quliyev

Vahid Quliyev
Vahid Həbibulla oğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 20 sentyabr 1955(1955-09-20) (70 yaş)
Doğum yeri
Təhsili
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vahid Həbibulla oğlu Quliyev (20 sentyabr 1955, Qumlaq, Cəbrayıl rayonu) — Azərbaycanın Milli Qəhrəmanı[1], Birinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı

20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya göz açmışdır[2]. Uşaqlıq illəri Niyazqullar kəndində keçmişdir. O, 1972-ci ildə Zəngilan rayonunda yerləşən Hacallıkənd orta məktəbini bitirmişdir. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçmişdir. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin "Fizika" fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıtmış və "Azon" Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilmişdir. 1992-ci ilə qədər bu zavodda çalışmış və işinin öhdəsindən layiqincə gəlmişdir.

O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirmişdir. 26 oktyabr 2002-ci ildə isə ordudan tərxis olunmuşdur[3].

Hərbi rütbəsi polkovnik–leytenant olan Vahid Quliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyir.

Döyüşlərdə iştirakı

O, 1992-ci ilin avqust ayında Yasamal rayon Hərbi Komissarlığına gələrək, cəbhəyə göndərilməsini xahiş edir. Arzusunu nəzərə alıb, onu bir zabit kimi döyüş xəttinə yola salırlar. Vahid Quliyev sentyabrın 7-də Ağdam istiqamətindən döyüşə girir. O, bu döyüşdə düşmənin bir tankını vurur. Beləliklə erməni yaraqlılarının hücumunun qarşısı alınır. Vahidin yoldaşları arasında hörməti getdikcə artırdı. Onu oktyabrın 14-də Qubadlıya göndərirlər. Burada da o, rəşadətlə vuruşur. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarır. 28 fevral 1994-cü il… O, yenidən Ağdam döyüş bölgəsinə dönür. V. Quliyev xidmətə başlayan gündən atəşkəs elan olunana qədər düşmənin on zirehli texnikasını sıradan çıxarmışdı. Bunun səkkizi tank, ikisi isə PDM-dır (piyada döyüş maşını) idi[4].

Ailəsi

Ailəlidir. İki övlad atasıdır.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir[5].

Ədəbiyyat

İstinadlar

  1. "Quliyev Vahid Həbibulla oğlu". 27 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2013.
  2. Milli Qəhrəmanlar Arif Qubadov və Vahid Quliyev [ölü keçid]
  3. "Rey Kərimoğlu, "14 erməni tankını məhv etmiş qəhrəman: "…neyləmişəm ki?"- "Barıt qoxusu""". 27 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2013.
  4. "QULİYEV VAHİD HƏBİBULLA oğlu". 5 mart 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2013.
  5. Quliyev Vahid Həbibulla oğlu [ölü keçid]

Content Disclaimer

Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.

  1. The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
  2. There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
  3. It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
  4. Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
  5. Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.