Canpolad Rzayev

Canpolad Rzayev
Canpolad Yaqub oğlu Rzayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Çuxurməhlə, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Qaraqaya, Xocalı, Azərbaycan
Vəfat səbəbi şəhid olmuşdur
Dəfn yeri Ağdam Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Yaqub Rzayev (komandir)
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1988–1992
Rütbəsi
Vəzifəsi Tank komandiri
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Canpolad Rzayev (26 fevral 1968, Ağdam rayonu26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]

Həyatı

1968-ci il 26 fevral Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuşdur. Burada Əhmədavar kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılan Canpolad raket qoşunlarında xidmət etdi və leytenant rütbəsi almışdı. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq vətənə döndü.

Döyüşlərdə iştirakı

Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşurdu. 26 fevral 1992-ci il Xocalıdan gələn xəbər ona yaman təsir etmişdi. Erməni vəhşiləri Xocalı şəhərində Rusiyaya məxsus 366-cı moto-atıcı alayla birlikdə dinc sakinləri vəhşicəsinə öldürür, uşaqların, körpələrin başlarını kəsir, evləri yandırırdılar. Bu xəbəri alan Canpolad tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaratdı. Hər tərəfdən atəşə məruz qalan Canpolad döyüş meydanında qəhrəmancasına həlak oldu.[2]

Ailəsi

Birinci Qarabağ müharibəsi dövründə Ağdamda yaradılmış könüllü özünümüdafiə dəstələrindən "Qarabağ şahinləri" batalyonunun rəhbəri olmuş Qatır Məmməd ləqəbli Rzayev Yaqub Ələsgər oğlunun övladı idi. Evli idi, iki övladı qalıb.[3]

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Rzayev Canpolad Yaqub oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.[4]

Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Ədəbiyyat

İstinadlar

  1. "National Heroes". Azerbaijans.com. 18 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2018.
  2. "Milli Qəhrəman Canpolad Rzayevin anası: Yeganə arzum Canpoladın uyuduğu torpaqda uyumaqdı". qaziler.az. 17 mart 2018. 29 noyabr 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2018.
  3. "Xalqımızın qəhrəman oğlu Rzayev Yaqub Ələsgər oğlu (Qatır Məmməd)". 26 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2020.
  4. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən, Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 7 iyun 1992-ci il tarixli 833 nömrəli fərmanı" (az.). www.e-qanun.az. 7 iyun 1992. 12 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2018.

Xarici keçidlər

Content Disclaimer

Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.

  1. The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
  2. There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
  3. It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
  4. Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
  5. Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.