Səfa Axundov
| Səfa Axundov | |
|---|---|
| Səfa Fətulla oğlu Axundov | |
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 19 iyun 1958 |
| Doğum yeri | |
| Vəfat tarixi | 28 yanvar 1992 (33 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Vətəndaşlığı |
|
| Atası | Fətulla Axundov |
| Hərbi fəaliyyəti | |
| Döyüşlər | |
| Təltifləri |
|
Səfa Fətulla oğlu Axundov (19 iyun 1958, Masallı – 28 yanvar 1992, Şuşa) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]
Həyatı
Səfa Axundov 19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı aeroportda pilot təyin edilir.
Ailəsi
Evli idi, iki oğlu yadigar qaldı.[2]
Döyüşlərdə iştirakı

1987-ci ildə Riqada yaşayan Səfa Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə[3] biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat "Azal-aero" Aviaşirkətinə məxsus Mİ-8 helikopterinə 2-ci pilot təyin edilir.
1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi. Yenidən Şuşa istiqamətində uçuş edərkən Xankəndi istiqamətindən atılan raket helikopteri parçaladı. Üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu.[4]
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Axundov Səfa Fətulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]
Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulmuşdur.[2]
Həmçinin bax
Ədəbiyyat
- Əbədiyyət yolçuları //Səhər.- 1992.- 27 noyabr.- S.2.
- Əsgərov V. Axundov Səfa Fətulla oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.- S.16–17.
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 27–28.
- Qəhrəmanın büstü açılmışdır: [Cəlilabadda] //Azərbaycan.-1996.- 15 may.-S.3.
- Mehdiyev S. Qorxmaz təyyarəçi //Odlar yurdu.- 1993.-11 fevral.- S.2.
- Səfərli M. Qəlblərdə yaşayır: [Şəhid təyyarəçi haqqında]//Azərbaycan.- 1998.- 11 iyul.- S.3.
- Süleymanov M. Sonuncu reys //Süleymanov M. Azərbaycanın səma şahinləri.- B., 1994.- S. 25.
- Şahmar E. İgidə el ağlayar //Şahmar E. Kövrək məhəbbətim Qubadlı.- B., 1994.- S.141–146.
- Zeynalov R. Axundov Səfa Fətulla oğlu: (1958–1992)//Zeynalov R. Azərbaycanın Milli Qəhrəmanları.- B., 1996.-S.11.
İstinadlar
- ↑ 1 2 "National heroes". swhs.az (ingiliscə). 23 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2019.
- ↑ 1 2 "AXUNDOV Səfa Fətulla oğlu". Avciya.az (Azeri). 23 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2019.
- ↑ "1993 UN Security Council Resolutions on Nagorno-Karabakh". 2001-2009.state.gov. 24 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 noyabr 2018.
- ↑ Əsgərov, Vüqar. Azərbaycanın Milli Qəhrəmanları (PDF) (az.) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2005. 9 yanvar 2019 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2019.
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.