Severity: Notice
Message: Undefined offset: 1
Filename: infosekolah/leftmenudasboard.php
Line Number: 33
Line Number: 34
Lev Lazareviç Qruber (rus. Лев Лазаревич Грубер; 24 avqust 1923, Barnaul – 30 aprel 1994, İsrail) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1987).
Lev Qruber 1923-cü ildə Altay quberniyasının Barnaul şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Böyük Vətən müharibəsində iştirak etmiş, Sovet Ordusunda hərbi pilot olmuşdur.[1] 1949-cu ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. Bir il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmiş, 1950-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının truppasında çıxış etmişdir.[2]
Aktyor 1990-cı ildə İsrailə köçmüş, orada da vəfat etmişdir.[1]