Devid Keyc
Devid De Qruttola[2] (9 iyun 1969, Müluz), David Cage təxəllüsü ilə tanınan[2] Fransız videooyun dizayneri, yazıçı və musiqiçi. O, Quantic Dream oyun şirkətinin yaradıcısıdır. Keyc, Heavy Rain, Beyond: Two Souls , Detroit: Become Human oyunlarının həm ssenarisini yazmış, həm də rejissorluğunu etmişdir. BioqrafiyaFransanın Müluz şəhərində doğulan Keyc videooyun istehsalçısı olan Quantic Dream şirkətinin rəhbəridir.[2] Keyc şirkətin qurucusu, ortaq baş icraçı direktoru, direktoru, baş oyun dizayneri, ssenari müəllifi olaraq şirkətdə və oyunların tərtibatında çox mühüm rol oynayır.[2] Peşəkar musiqiçi olaraq o, 1993-cü ildə 'Totem Interactive' adlı musiqi şirkətini yaratmışdır.[3][4] O, frilanser musiqiçi olaraq bir çox televiziya kanalında, kino və videooyun proyektlərində musiqilər bəstələmişdir.[3][4] İstinadlar
|