İvan Boqdanov
İvan Vasili oğlu Boqdanov (2 may 1924, Novosaratovka, Gədəbəy rayonu – 10 noyabr 2002, Aşqabad) — İşçi-kəndli Qırmızı ordunun baş çavuşu, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı qəhrəmanı (1944). Bioqrafiyasıİvan Boqdanov 2 may 1924-cü ildə Gədəbəy rayonu Novosaratovka kəndində kəndli ailəsində anadan olmuşdur. Natamam orta təhsil aldıqdan sonra Türkmənistan SSR-nin Aşqabad vilayətindəki kolxozda traktorçu işləmişdir. 1942-ci ildə işçi-kəndli Qırmızı Orduya hərbi xidmətə çağırılmışdır. 1943-cü ilin may ayından Böyük Vətən Müharibəsində ön cəbhədə xidmətə başlamışdır. Belorusiya SSR-nin azad olunmasında igidliyi ilə seçilmişdir. 28 iyun 1944-cü ildə döyüşdə ağır yaralanmışdır, amma döyüş ərazisini tərk etməmişdir. SSRİ Ali Sovetinin rəyasət heyətinin 18 noyabr 1944-cü il qərarına əsasən ona Sovet ittifaqı qəhrəmanı, Lenin orderni və Qızıl ulduz medalı verilmişdir. Ağır yaralandıqdan sonra Boqdanov ordudan tərxis edilmişdir. Aşqabad şəhərində yaşamışdır. 10 noyabr 2002-ci ildə vəfat etmişdir. |