Əli Sultanzadə
Bu məqaləni vikiləşdirmək lazımdır. |
| Əli Sultanzadə | |
|---|---|
| Əli Hacı Kazım oğlu Sultanzadə | |
| |
| Doğum tarixi | 1900 |
| Doğum yeri | |
| Vəfat tarixi | avqust 1950 (49–50 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | şair |
Sultanzadə Əli (Cədid)[1]Hacı Kazım oğlu (1900, Kiçik Qaramurad, Gədəbəy rayonu – avqust 1950, Böyük Qaramurad, Gədəbəy rayonu[2]) – şair, Yazıçılar Birliyinin üzvü.
Həyatı
1900-cü ildə Azərbaycanın Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində doğulmuşdur. Kiçik yaşlarında atasını itirdiyindən qardaşının himayəsi altında yaşamışdır. İbtidai təhsilini kənd məktəbində almış, sənət məktəbinin aqronomiya şöbəsinə daxil olmuşdur (1912). Oranı müvəffəqiyyətlə bitirsə də öz ixtisası üzrə iş tapa bilməmişdir.
1918–1919-cu illərdə Gədəbəy mis mədənlərində fəhlə təşkilatlarında, mədəni-maarif cəbhəsində işləmişdir. Sovet Hakimiyyəti qurulduğu ilk illərdən imkanları genişlənmişdir: Şəmkir qəzasında müəllim, məktəb müdiri, sonra qəza komsomol komitəsinin katibi işləmişdir (1920–1921). Azərbaycan LKGİ MK-nın mühazirəçisi olmuş (1921–1923), sonra Şəmkir qəzasında orta məktəb müəllimi və maarif işçiləri ittifaqı qəza komitəsinin məsul katibi vəzifələrində işləmişdir (1924).
Əsərləri ("Bakı", lilah dağı". "Şəki", Altun qala", "Puşkin" və b) mətbuatda çıxmışdır. "Kəndli qız", "Altun qala", " Samur" və başqa poemaları da vardır. Şeirlərini Şəmsil Cədid, Əli Cədid təxəllüsləri ilə çap etdirmişdir.
1925–1926 illərdə Tbilisidə Zaqafqaziya kommunist məktəbini bitirmişdir. 1927–1929 illərdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda aqronom, 1929–1930 illərdə İrəvanda "Sovet Ermənistanı" qəzeti redaksiyasında ədəbi redaktor vəzifələrində işləmişdir.[3]
1926–1929-cu illərdə Gürcüstan SSR Borçalı rayonunda orta məktəb müdiri, 1929–1930-cu illərdə Bakıda Yazıçılar İttifaqının ədəbiyyat kurslarında müdavim olmuşdur. Sonra "Kommunist qəzeti" redaksiyasında mütərcimlik etmiş, Naxçıvan kənd təsərrüfatı texnikumuna müdir göndərilmişdir. 1932–1936-cı illərdə Gürcüstan SSR Adıgün rayonunda maarif şöbəsinin müdiri, 1932–1936-cı illərdə pedaqoji texnikumun müdiri, 1934–1935-ci illərdə "Qızıl rəncbər" adlı rayon qəzetinin redaktoru işləmişdir. Sonra Tbilisidə Azərbaycan dilində buraxılan qəzetin ədəbi redaktoru və üslubiyyatçısı, "Dan ulduzu" məcmuəsinin əməkdaşı olmuşdur. 1938–1940-cı illərdə Azərbaycanın Quba rayonunda II nüvədi kənd beynəlmiləl orta məktəbin müəllimi, Benera qəsəbəsindəki pedaqoji məktəbin dil-ədəbiyyat müəllimi, şəhər ibtidai məktəbinin müdiri kimi çalışmışdır.
1931–1936-cı illərdə Tbilisi Dövlət Universitetinin ədəbiyyat fakültəsində ali təhsil almışdır. Bakıda elmi tədqiqatla məşğul olmuş, əlifba komitəsinin, Qafqazşünaslıq institutunun və s. üzvü olmuşdur. Aleksandr Puşkin, İlya Çavçavadze, Şota Rustaveli kimi sənətkarlardan tərcümələr etmişdir. 1940–1950-ci illərdə Gədəbəy rayonunun Kərkər, Kiçik Qaramurad, böyük Qaramurad kəndlərində müəllimlik etmişdir.
"Qırmızı əmək bayrağı" ordeni ilə təltif olunmuşdur.
1950-ci ilin avqust ayında doğma kəndi Böyük Qaramuradda vəfat etmiş. Çobankənd qəbirstanlığında dəfn edilmişdir.
İstinadlar
- ↑ "Arxivlənmiş surət". 4 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2024.
- ↑ "Arxivlənmiş surət". www.anl.az. 12 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2024.
- ↑ "Sazlı, sözlü bölgə". anl.az. 16 aprel 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2024.
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.
