Şuşa PFK
| Şuşa-Qarabağ FK | |
|---|---|
| | |
| Klubun tam adı | Şuşa-Qarabağ Futbol Klubu |
| Ölkə | Azərbaycan |
| Kodu | ŞUŞ |
| Rəng(lər) | |
| Yaranma tarixi | 2009) |
| Bağlama tarixi | 2015) |
| Stadionu | Şəfa Stadionu |
| Tutumu | 8125 |
| Təsisçi | Azəri Hüseynov |
| Baş məşqçisi | Nadir Qasımov |
| Liqa | Azərbaycan Birinci Liqası |
| 2014/2015 | 4 |
Şuşa PFK və ya tam adı ilə Şuşa Peşəkar Futbol Klubu[1] — Azərbaycanın Şuşa şəhərini təmsil edən futbol klubu. 2009-cu ildə fəaliyyətə başlayan klub, 2015-ci ildə maliyyə problemləri səbəbi ilə fəaliyyətini dayandırdı. Müxtəlif dövrlərdə "Şuşa 09", "Şuşa"[2], "Şuşa-Qarabağ"[3] və "Şuşa Qalası"[4] adı altında fəaliyyət göstəmişdir.
Tarixi
Klub ilk olaraq "Şuşa 09" adı altında 2009-cu ilin iyununda təsis olunub və elə həmin ildən Azərbaycan Birinci Liqasıda oynamaq hüququ qazanıb. [5] Həmin il klubun adını şuşalıların, futbol ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin təkliflərini nəzərə alaraq dəyişdilər- Şuşa PFK.[6]
Mövsümün ilk oyunlarını məğlubiyyətlə başladı klub. Andaş Petrol a qarşı 5-0, MKT-Araz klubuna qarşı 1-0 hesablı məğlubiyyətlərlə yadda qaldı. [7] Həmin dönəm klubun bazası Ədliyyə stadionunda idi. [8]. İlk yoldaşlıq görüşünü isə Azal klubuna qarşı keçiriblər. [9]
Klub 2015-ci ildə maliyyə problemləri səbəbiylə çətin vəziyyətə düşmüşdü. BU səbəblə mövsüm bitdikdən sonra elə o il fəaliyyətini dayandırmaq qərarı aldı.
2016-cı ildə isə klub bu dəfə Şuşa-Qarabağ adı altında yenidən fəaliyyətini bərpa etdi. [10][11][12][13][14][15][16]. Yeni prezident olaraq Güləli Bağırov ictimaiyyətə təqdim olundu. Nadir Qasımov isə klubun baş məşçisi oldu.[17] Elə onun baş məşqçiliyi altında klub, liqa oyunlarına hazırlıqlara başlayıb. Məşqlər Əlincə Stadionunda keçirilirdi.[18]. Klub yenidən Azərbaycan Birinci Divizionunda iştirak etmək istədiyini açıqlayıb. [19]
Hazırda yenidən fəaliyyətini bərpa etmək istəyən klub, 2023/2024-cü il mövsümünə yeni adı, Şuşa Qalası adı ilə fəaliyyətə başlamaq istədiyi açıqlayıb.
Loqoların anlamı
Şuşa 09- Bu loqo qırmızı rəngdədir. Loqonun üst tərəfində klubun yaranma ili olan 2009, ondan aşağıda Şuşa qalasının rəsmi, onunda altında isə klubun adı qeyd olunmuşdur. Həmçinin loqonun aşağısında top, topun üstündə isə Xarıbülbülün şəkilinə yer verilmişdir.
Şuşa - bu loqonun rəngi isə mavi, forma olaraq isə qalaya bənzər dzayn edilmişdir. Üst tərəfində sanki pəncərələrin üstündə Şuşanın adı, altında isə sürətlə irəlləyən top şəklinə yer verilmişdir. Bu sürətli topun keçdiyi yolda isə, Orxon əlifbası ilə soldan sağa doğru oxuduqda "Şuşa" yazısını görmək mümkündür. Ən aşağısında isə, klubun yaranma tarixi 2009-cu il yer almışdır.
Şuşa-Qarabağ - bu loqo isə, daha çox Şuşa adı altında fəaliyyət göstərən zaman istifadə olunan loqoya bənzərliyi ilə diqqəti cəlb edir. Yeni mavi rəngdə ola loqoda edilən dəyişikliklər isə bunlardır: Top artıq qərb tərəfdən sürətlə hərəkət etməkdədir. Azərbaycan xəritəsinə nəzər saldıqda topun gəldiyi bölgənin Qərb olduğunu, Şuşa bölgəsinə işarə olma ehtimaını da gündəmə gətirir. Topun üstündə isə sarı günəş vardır. Bu isə klubun güclü olduğuna bir işarədir.
Liqa və daxili kubok tarixi
| Mövsüm. | Div. | Yer. | Os. | Q | H | U | Vq | Ovq | X | Daxili kubok |
|---|---|---|---|---|---|---|---|---|---|---|
| 2010–11 | 2-ci | 12 | 26 | 3 | 8 | 15 | 20 | 41 | 17 | 1/8 Final |
| 2011–12 | 2-ci | 11 | 26 | 7 | 8 | 11 | 21 | 23 | 29 | 1/16 Final |
| 2012–13 | 2-ci | 9 | 24 | 7 | 2 | 15 | 29 | 40 | 23 | 1/16 Final |
| 2013–14 | 2-ci | 6 | 30 | 15 | 9 | 6 | 60 | 26 | 54 | Daxili kubok |
| 2014–15 | 2-ci | 4 | 30 | 14 | 4 | 12 | 49 | 31 | 46 | Girmədi |
Həmçinin Bax
İstinadlar
- ↑ "Azərbaycanda uşaq futbolunun gələcəyinə strateji addım: "Şuşa" PFK yeni proqram təqdim etdi - FOTO". Milli.Az (az.). 7 noyabr 2025. İstifadə tarixi: 21 aprel 2026.
- ↑ "Arxivlənmiş surət". 19 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2023.
- ↑ "Arxivlənmiş surət". 9 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2023.
- ↑ "Qasımovdan qalmaqallı açıqlamalar: 'Pulla oyun almaq istəyənlər gedib AFFA-da işlədi'". qaynarinfo.az (ingilis). İstifadə tarixi: 21 aprel 2026.
- ↑ "Arxivlənmiş surət". 19 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2023.
- ↑ https://qol.az/news/15347-09-ixtisara-dusdu-oldu-susa
- ↑ https://qol.az/news/15347-09-ixtisara-dusdu-oldu-susa
- ↑ “Şuşa” komandasının müvəqqəti bazası “Ədliyyə” stadionunda yerləşiri, klub ev oyunlarını da orada keçirirdi.
- ↑ https://sia.az/az/news/sport/354027.html
- ↑ https://millixeber.az/susa-qarabag-fk-2016-2017-ci-ild%C9%99-1-ci-divizionda-ev-sahibi-olaraq-r%C9%99qib-klublari-harda-q%C9%99bul-etm%C9%99si-haqqinda/[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 9 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2023.
- ↑ https://musavat.com/news/idman/shusha-qarabag-qayidir_349979.html
- ↑ "Arxivlənmiş surət". 19 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2023.
- ↑ "Arxivlənmiş surət". 1 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2023.
- ↑ "Arxivlənmiş surət". 19 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2023.
- ↑ "Arxivlənmiş surət". 19 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2023.
- ↑ "Arxivlənmiş surət". 1 dekabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2023.
- ↑ "Arxivlənmiş surət". 19 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2023.
- ↑ "Arxivlənmiş surət". 19 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2023.
- ↑ Ionescu, Romeo. "Azerbaijan – List of Final Tables". Rec. Sport.Soccer Statistics Foundation. 12 oktyabr 2000. 19 iyun 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2008.
- ↑ Manaschev, Erlan; və b. "Azerbaijan – List of Champions". Rec. Sport.Soccer Statistics Foundation. 6 iyun 2008. 5 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2008.
Futbol klubu haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.
