Tayşo

Tayşo
yap. 大正天皇
30 iyul 1912 – 25 dekabr 1926
ƏvvəlkiMeyci
SonrakıHirohito
Şəxsi məlumatlar
Doğum tarixi 31 avqust 1879(1879-08-31)
Vəfat tarixi 25 dekabr 1926(1926-12-25) (47 yaşında)
Vəfat səbəbi ürək tutması, ağciyər iltihabı
Atası Meyci
Uşaqları
Hərbi xidmət
Qoşun növü Yaponiya İmperator ordusu
Çin adı
Vəfatından sonrakı adı 大正

Təltifləri "Corab bağı" ordeni "Qara qartal" ordeni "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni "Müqəddəs Aleksandr Nevski" ordeni "Xilaskar" ordeni Order of George I Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus "Qızıl yun" ordeninin cəngavər dərəcəsi 1-ci dərəcəli pavlovniya çiçəkli "Doğan günəş" ordeni "Müqəddəs xəzinə" ordeni boyünbağılı "Payızgülü" ordeni "Payızgülü" ordeninin böyük lenti "Müqəddəs Hubert" ordeni "Müqəddəs Olaf" ordeni "Serafimlər" ordeni "Fil" ordeni "Ağ qartal" ordeni Knight of the Order of the Most Holy Annunciation Böyük Çakri ali kral nəslinin ən şərəfli ordeni "İtaliya tacı" ordeninin böyük xaçı "Qızıl çərpələng" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmperator Tayşo (yap. 大正天皇 Yoşihito (yap. 嘉仁), (31 avqust 187925 dekabr 1926) – 123-cü Yaponiya imperatoru, 1912–1926 illər ərzində hakimiyyətdə olmuşdur.[1] Onun hakimiyyət dönəmi Tayşo adlandırılır.

Bioqrafiya

İmperator Tayşo 31 avqust 1879 ildə anadan olmuşdur. O, İmperator Meycinin üçüncü oğlu olmuşdur. Anası Yanaqivara Nauro Saray məslələtcisi Yanaqivari Misinarunun qızı olmuşdur. Yeni doğulan körpəyə Haru adı verilmişdir.[2]

1889-cu ildə Tayşo vəliəhdə çevrilir. Elə həmin ilin 3 noyabr tarixində şahzadə titulu alır[3]. Üstəlik o, İmperiya ordusu və donanmasının kiçik leytenantı elan edilir. 1909-cu ildə isə general-leytenant və vitse-admiral.[2]

1900 ildə o, aristokrat Kuce Mititakinin dördüncü qızı olan Sadako ilə evlənir. Sonrada imperatoriça Teymey adı ilə tanınır. Onların üç oğlu olur:, Hirahito, şahzadə Titibu Yasuhito, şahzadə Takamasu Nabuhito və Mikasa Takahito.[2]

30 iyul 1912 il tarixində Meycinin ölümündən sonra Yaponiya imperatoru elan edilir. Üç illik matəmdən sonra rəsmi olaraq səaliyyətlərinə başlayır.[2]

Birlik dönəmində və Birinci Dünya müharibəsindəki fəaliyyətlərinə görə 9 yanvar 1918-ci ildə Böyük Britaniyanın feldmarşalı elan edilir.

İmperator Meningitdən əziyyət çəkirdi. Cavan yaşlarında xəstəlik aradan qalxsada sonradan yenidən şiddətlənmişdir. Xəstəlik səbəbindən öz səahiyyətlərini yerinə yetirə bilmirdi. 1919-cu ildə parlamentin açılışında belə iştirak edə bilməmişdir. Bu səbəbdən 1926-cı ildə artıq parlament pegent olaraq oğlu Hirohitonu təyin edirlər.[2][4]

25 dekabr 1926 ildə imperator 47-yaşında vəfat edir. Onu Tama məqbərəsində bastırırlar (yap. 多摩陵, たまのみささぎ).[2][5]

İstinadlar

  1. Taisho, Emperor // Encyclopedia of Japan (CD-ROM). — Kodansha Ltd, 1999. — ISBN 978-4062099370.
  2. 1 2 3 4 5 6 Император Тайсё // Энциклопедия Ниппоника : [яп.] = Ниппон дайхякка дзэнсё : в 26 т. — 2-е изд. — Токио : Сёгакукан, 1994–1997.
  3. "Tayşonun bioqrafiyası". 7 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2016.
  4. ТАЙСЁ // Япония от А до Я. Популярная иллюстрированная энциклопедия. (CD-ROM). — М.: Directmedia Publishing, "Япония сегодня", 2008. — ISBN 978-5-94865-190-3.
  5. Tama məqbərəsi Arxivləşdirilib 2010-03-16 at the Wayback Machine // İmperator sarayının rəsmi səhifəsi

Content Disclaimer

Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.

  1. The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
  2. There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
  3. It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
  4. Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
  5. Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.