Sor
| Sor | |
|---|---|
| 39°29′21″ şm. e. 47°01′20″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Xocavənd rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı | |
Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır.[2] 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]
Toponimikası
Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır.[4]
Tarixi
Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir.[5] Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir. Bununla belə, Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatlarının tərkib hissəsi kimi həmin ilin 29 iyununda Azərbaycan Silahlı Qüvvələri tərəfindən geri alınmışdır.
4 iyun 1993-cü ildə baş vermiş Gəncə qiyamından sonra Xocavənd (Hadrut) rayonunun Cəbrayıl rayonu ilə həmsərhəd kəndlərinə, o cümlədən Sor kəndinə erməni hücumları güclənmişdir. Belə hücumların birində, 1993-cü ilin avqust ayında kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir.
2020-ci il noyabr ayının 26-da Sor kəndində Azərbaycan Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçu öldürülmüş, 2 nəfər yaralanmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti dekabr ayında bu ərazidə antiterror əməliyyatı keçirmək məcburiyyətində qalmışdır.[6]
Tarixi abidələri
Sor kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
| İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
|---|---|---|---|---|---|
| 235 | Dini kompleks[7] | XIII əsr | Sor kəndi | Memarlıq | Ölkə |
| 236 | Qala[8] | Qeyd olunmayıb | Sor kəndi | Memarlıq | Ölkə |
| 4326 | Məbəd[9] | XVII əsr | Sor kəndi | Memarlıq | Yerli |
Coğrafiyası və iqlimi
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999[10] | XXXX | XXXX | XXXX |
| 2009[11] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
İqtisadiyyatı
Mədəniyyəti
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 28 fevral 2024. 14 mart 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 aprel 2024.
- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 13 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2022.
- ↑ "Xocavəndin işğaldan azad olunmuş yaşayış məntəqələri (https://xocavend-ih.gov.az/)". 28 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2022.
- ↑ Sor // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
- ↑ "Gence-Karabağ Eyâleti'nin Mufassal Defteri"
- ↑ "Rəsmi Moskva: "Dağlıq Qarabağda həyəcanverici vəziyyət yaranmışdı…"". 20 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2020.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 9" (PDF). 7 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 iyun 2022.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 9" (PDF). 7 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 iyun 2022.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 110" (PDF). 7 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 iyun 2022.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX" (PDF). 8 may 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 iyun 2022.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX". 7 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2022.
Xarici keçidlər
Həmçinin bax
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.
