Qualidea Code (クオリディア・コード,Kuoridia Kōdo?, azərb. Kvalidia kodu) — Shueisha nəşriyyatının Dash X Bunko imprinti, Fujimi Shobo nəşriyyatının Fujimi Fantasia Bunko imprinti, Media Factory nəşriyyatının MF Bunko J imprinti, Shogakukan nəşriyyatının Gagaga Bunko imprinti və Shueisha nəşriyyatının "Jump Square" jurnalı tərəfindən yaradılmış Yaponiya multimedia layihəsi. Orijinal konsepsiya Marvelous şirkəti və Speakeasy yazıçı qrupu (Koşi Taçibana, So Saqara və Vataru Vatari) tərəfindən işlənib hazırlanmışdır. 2015-ci ildə 3 ranobenin nəşr olunması ilə başlamışdır və 2016-cı ildən manqası da nəşr olunur. Keniçi Kavamuranın rejissorluğu ilə A-1 Pictures studiyası tərəfindən istehsal olunmuş anime serialı Yaponiyada 10 iyul 2016-cı ildən 24 sentyabr 2016-cı ilə kimi yayımlanmışdır.
Məzmun
"Qualidea Code"-da hadisələr bəşəriyyətin "Naməlum" adlandırılan düşmənə qarşı müharibə etdiyi dünyada baş verir. Bir neçə on il əvvəl naməlumların işğalı zamanı yetkinlər uşaqlarını xilas etmək üçün onları soyuq yuxuya salırlar. Uşaqlar oyananda bədənlərinin "Dünya" adlandırılan xüsusi güclər əldə etdiyini öyrənirlər. Yaponiyanı naməlumların işğalından qorumaq üçün bu uşaqlar Tokio, Kanaqava və Çiba müdafiə şəhərlərini qururlar və xüsusi güclərindən istifadə edərək döyüşməyə başlayırlar.
İçiya "Sonna Sekai wa Kowashiteshimae" ranobesinin əsas personajıdır. Tokio şəhərinin lideridir. İçiya çox lovğa oğlandır və digərləri haqqında kiçik düşünür. Uşaqlıqda ona köməklik göstərən şəxslərə hörmət edir. Onun dünyası qravitasiyanı manipulyasiya etməkdir,[2] və bu "Azad qravitasiya" adlanır. Uşaqlıq dostu Kanariyaya qarşı sevgi hislərinin olduğu görünür
Tokio şəhərinin müdafiəsində iştirak edir və İçiyadan sonra Tokionun ikinci ən əhəmiyyətli şagirdidir. Kanariya İçiyanın uşaqlıq dostudur və ondan bir yaş böyükdür, lakin Kanariya soyuq yuxuda 1 il çox qaldığından yaşı İçiyanın yaşı ilə eynidir. O, İçiyanı "İççan" kimi çağırır. Kanariya uça bilmədiyindən döyüşlərdə digər uşaqlar onu daşıyır. Onun dünyası sağaltmadır[2] və İçiya tərəfindən "Qəlb isidən" adlandırılır. İçiyaya qarşı sevgi hislərinin olduğu və bu hislərin qarşılıqsız olmadığı görünür.
Çiba şəhərinin müdafiəsində iştirak edir və Çibanın ən əhəmiyyətli şagirdidir. Kasuminin kiçik bacısıdır. Onun dünyası müxtəlif obyektləri kontrol etməkdir.[2]
Kasumi "Dōdemo Ii Sekai Nante" ranobesinin əsas personajıdır. Çiba şəhərinin müdafiəsində iştirak edir və Asuhadan sonra Çibanın ən əhəmiyyətli ikinci şagirdidir. Asuhanın böyük qardaşıdır və bacısı onu "Onii" çağırır. İçiya və Kasumi bir-biriləri ilə yola getmirlər, həmişə bir-birilərinə qarşı təhqiedici sözlər işlədirlər. Kasuminin dünyası sistem axtarmaqdır.[2] Özü ilə həmişə snayper gəzdirir və əla snayperçidir. Kanariyaya qarşı sevgi hisləri bəsləyir, lakin bunu üzə vurmur.
Mayhime "Itsuka Sekai o Sukū Tame ni" ranobesinin əsas personajıdır. Kanaqava şəhərinin müdafiəsində iştirak edir. Qayğısız və uşaqtəhər şəxsiyyətə malikdir, lakin əla liderdir. Dünyası çox güclüdür, lakin bunu kontrol etməkdə çətinlik çəkir.
Kanaqava şəhərinin müdafiəsində iştirak edir və Mayhimedən sonra Kanaqavanın ən əhəmiyyətli ikinci şagirdidir. Mayhime onun uşaqlıq dostudur, ona böyük hörmət bəsləyir və onu "Hime" kimi çağırır. Mayhime onun yanında olmayanda özünü narahat hiss edir. Onun dünyası vizual əlaqədir.[2]
Dörd "Qualidea Code" ranobesi yazılmışdır və müəllifləri fərqlidir.[6] İlk ranobe "Kuzu to Kinka no Qualidea" (クズと金貨のクオリディア?) Sabotenin rəssamlığı So Saqara və Vataru Vatari tərəfindən yazılmışdır. Shueisha nəşriyyatı ranobenin ilk cildini 23 yanvar 2015-ci ildə buraxmışdır. İkinci ranobe "Itsuka Sekai o Sukū Tame ni: Qualidea Code" (いつか世界を救うために -クオリディア・コード-?) and illustrated by Kiyotaka Haymuranın rəssamlığı ilə Koşi Taçibana tərəfindən yazılmışdır. Fujimi Shobo 18 iyul 2015-ci ildən 20 yanvar 2016-cı ilə kimi iki cildini buraxmışdır. Üçüncü ranobe "Sonna Sekai wa Kowashiteshimae: Qualidea Code" (そんな世界は壊してしまえ ‐クオリディア・コード‐?)Kantokunun rəssamlığı ilə So Saqara tərəfindən yazılmışdır. Media Factory 23 oktyabr 2015-ci ildən 24 iyun 2016-cı ilə kimi iki cildini buraxmışdır. Dördüncü ranobe "Dōdemo Ii Sekai Nante: Qualidea Code" (どうでもいい 世界なんて ‐クオリディア・コード‐?) Saytomun rəssamlığı ilə Vataru Vatari tərəfindən yazılmışdır. Shogakukan ranobenin ilk cildini 20 iyul 2016-cı ildə buraxmışdır. Animenin ranobe adaptasiyası 25 avqust 2016-cı ildə buraxılmışdır.[7] Riso Maeda tərəfindən istehsal olunmuş manqa adaptasiyası 2016-cı ilin dekabrından Shueisha nəşriyyatının "Jump Square" jurnalında nəşr olunur.[8]
Keniçi Kavamuranın rejissorluğu ilə A-1 Pictures studiyası tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı[15] 10 iyul 2016-cı ildən 24 sentyabr 2016-cı ilə kimi nümayiş etdirilmişdir. Serial Crunchyroll vasitəsilə də yayımlanmışdır.[16] Anime serialının ssenarisi Speakeasy kimi tanınan, Koşi Taçibana, So Saqara və Vataru Vatari tərəfindən ibarət qrup tərəfindən yazılmışdır. Hisayuki Tabata Matsuryunun orijinal dizaynlardan istifadə edərək personajları dizayn etmişdir. Musiqi Taku İvasaki tərəfindən bəstələnmişdir.[5] Birinci və ikinci açılış mahnıları "Brave Freak Out" və "AxxxiS" mahnılarıdır, hər iki mahnısı LiSA tərəfindən ifa olunmuşdur. Birinci bağlanış mahnısı ClariS tərəfindən ifa olunan "Gravity" mahnısı, ikinci bağlanış mahnısı Garnidelia tərəfindən ifa olunan"Yakusoku -Promise Code-" (約束 -Promise code-?) mahnısı, üçüncü bağlanış mahnısı isə ClariS və Garnidelia tərəfindən ifa olunan "Clever" mahnısıdır.[17][18] Animenin seriyaları 21 sentyabr 2016-cı ildən 22 fevral 2017-ci ilə kimi 6 BD/DVD cildində buraxılacaq.[19][20] Animedə üç ranobenin – "Itsuka Sekai o Sukū Tame ni", "Sonna Sekai wa Kowashiteshimae" və "Dōdemo Ii Sekai Nante" ranobelərinin əsas personajları yer almışdır.