Qozlukörpü

Qozlukörpü
40°07′49″ şm. e. 46°27′23″ ş. u.HGYO
Ölkə
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdərə rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 32
Xəritəni göstər/gizlə
Qozlukörpü xəritədə
Qozlukörpü
Qozlukörpü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qozlukörpü (əvvəlki adı: Getavan və ya Kotavan) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qozlukörpü kənd inzibati ərazi dairəsində kənd.[1]

Toponimikası

XIX əsrin 20-ci illərində çar Rusiyasının İrandan və Türkiyədən ermənilərin Azərbaycan ərazisinə köçürülməsi zamanı erməni ailələri Qozlukörpü kəndində məskunlaşdırılmış və ermənilər kəndin adını dəyişərək bir müddət Hetavan adlandırmışlar. Oykonim "Qozlu kəndinin körpüsü" mənasındadır.[2]

Tarixi

Qozlukörpü kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi.

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kotavan kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[3]

Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Hetavan kəndi Qozlukörpü kəndi adlandırılmışdır.[4] [5]

Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsindən sonra kənd Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub.

2021-ci ildə Qarabağdakı erməni separatçı qüvvələrin başçısı kənd ərazisində 17,6 MVt gücündə SES tikilməsi planlaşdırıldığını bildirib.

19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[6]

Coğrafiyası və iqlimi

Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 28 fevral 2024. 14 mart 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 aprel 2024.
  2. Qozlukörpü // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 27 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2022.
  4. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 13 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2022.
  5. Qozlukörpü // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 69. ISBN 978-9952-34-155-3.
  6. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (28 dekabr 2023 tarixində nəşr olunub). 5 dekabr 2023. 27 dekabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2023.

Həmçinin bax

Content Disclaimer

Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.

  1. The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
  2. There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
  3. It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
  4. Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
  5. Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.