Qayıbovlar
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
| Qayıbovlar | |
|---|---|
| Titul | Bəy |
| Əcdadı | Məhəmmədxan ağa Veysəlli-Otuziki |
| Mənşəyi | Qarabağ |
| Təbəəliyi |
Qarabağ xanlığı, |
Qayıbovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Soyun yaranması
Bu soyun babası Məhəmmədxan ağa Veysəlli-Otuzikidir. Onun İmamverdi bəy, Məhəmmədəli bəy adlı oğlanları vardı. Məhəmmədxan ağanın ikinci oğlu Məhəmmədəli bəy Qarabağın həm savadlı, həm də seçmə-saytal zadəlarından idi.
Mirzə Məhəmmədəli ağanın Qayıb bəy adlı oğlu vardı. Qayıb bəy Veysəlli obasında doğulmuşdu. İlk təhsilini atasından almışdı. Sonra Təbriz şəhərinə yollanmış, molla-müctəhidlərin yanında ali təhsil görmüşdü. Sonra Şuşa şəhərinə dönmüş, İbrahimxəlil xanın divan işləri ilə ilgilənmişdi. Vəzarətdə çalışırdı. Molla ünvanı ilə çavlanırdı. Molla Qayıb bəyin törəmələri Qayıbov soyadını daşıyırdılar. Onun Həsən bəy, Qasım bəy adlı oğulları vardı.
Tanınmış maarif xadimi, müdrik el ağsaqqalı Məmməd Murtuza bəy oğlu Məmmədov ata tərəfdən Mirzə Məhəmmədəli bəy Molla Həsən bəy oğlu Qayıbovun nəticəsi, Pəri xanımın nəvəsidir.
AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Qayıbovlar soyundandır. Onun ana babası Murtuza bəy Mirzə Məhəmmədəli bəy Qayıbovun nəvəsidir.
Tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) Mirzə Məhəmmədəli bəy Qayıbovun qızı Pəri xanım Qayıbovanın kötücəsidir.
Tibb elmləri doktoru, professor Arif Mustafayev Mirzə Cavad bəy Qayıbovun nəticəsidir.
Soyun məşhur nümayəndələri
- Mirzə Cavad bəy Qayıbov — Azərbaycan həkimi, Mirzə Məmmədqulu Təbibin oğlu.
- Mirzə Məmmədqulu Təbib — şair, həkim.
- Məsum bəy Qayıbov — çar ordusunun zabiti, general-mayor.
- Mirzə Məhəmməd bəy Qayıbov
- Mirzə Əli bəy Qayıbov — Qarabağ bəyi, din xadimi.
- Mirzə Cəfər bəy Qayıbov — Qarabağ bəyi, dini məhkəmə işlərinə baxan ruhani, şəriət hakimi, Cəbrayıl qəzasının qazısı, Mirzə Məhəmmədəli bəy Qayıbovun oğlu.
- Mirzə Hüseyn bəy Qayıbov — Qarabağ bəyi, həkim, Mirzə Məhəmmədəli bəy Qayıbovun oğlu.
- Məmmədəli bəy Qayıbov azərbaycanlı aktyor, tərcüməçi, jurnalist.
- Qayıb Qayıbov — hərbi həkim, mayor. Mirzə Hüseyn bəy Qayıbovun nəvəsi.
- Fərid Qayıbov — Azərbaycan Respublikasının gənclər və idman naziri, Qayıb Qayıbovun nəvəsi.
- Vaqif Qayıbov — Şirvan şəhər Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranlar təşkilatının sədri, Şirvan şəhər Ağsaqqallar şurasının üzvü, İcra Hakimiyyəti yanında İctimai Nəzarət Şurasının Katibi, Şirvan şəhər Təhsil Şöbəsində aparıcı mütəxəssis işləmiş, birinci Qarabağ müharibəsində arxa cəbhədə iştirak etmişdir.
Şəkillər
-
Mirzə Məmmədqulu Təbib — xəttat, həkim, şair
-
Mirzə Cavad bəy Qayıbov — xəttat, həkim
-
Mirzə Cavad bəy Qayıbov nəvəsi ilə
Mənbə
- Ənvər Çingizoğlu. Məhəmmədxan ağanın törəmələri (Qayıbovlar). "Soy" dərgisi, 1 (4), 2005.
- Orxan Zakiroğlu (Baharlı). Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016
- Orxan Zakiroğlu (Baharlı). Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015
- Orxan Zakiroğlu (Baharlı). Qayıbovlar nəslinin tanınmış həkim övladı. "Bütöv Azərbaycan" qəzeti, 5–11 sentyabr 2012-ci il. № 30 (162)
- Orxan Zakiroğlu (Baharlı). Qarabağlı Qayıbovlar. "Yeniləşən Azərbaycan" qəzeti, 17–25 may 2013, № 17 (127)
Həmçinin bax
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.