Qarabağ Universiteti
| Qarabağ Universiteti | |
|---|---|
| Qarabağ Universiteti | |
| | |
| | |
| Tip | Dövlət |
| Əsası qoyulub | 2024 |
| Rektor | Şahin Bayramov[1] |
| Tələbə sayı | 2,100 |
| Ölkə |
|
| Şəhər | Xankəndi |
| Rənglər | |
| Sayt | karabakh.edu.az |
| 39°49′30″ şm. e. 46°45′43″ ş. u.HGYO | |
![]() |
|
Qarabağ Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində 2023-cü ildə yaradılmış ali təhsil müəssisəsidir. Universitet Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi şəhərində yerləşir.[2]
Tarixi
Qarabağ Universiteti Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 dekabr tarixli Sərəncamı ilə yaradılıb.[2] Əsas məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasından ibarətdir.[3] [4]Xankəndi şəhərində yerləşən Universitet Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 mart 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunub. [5]20 sentyabr 2024-cü ildə isə Prezident İlham Əliyev universitetin təmirdən sonra açılışında iştirak edərək, müəllim və tələbə heyəti ilə görüşüb. 23 sentyabr 2024-cü il tarixindən etibarən isə Qarabağ Universiteti 1269 tələbə, 6 fakültə, 19 ixtisas ilə ilk tədris ilinə başlayıb.[6] Qeyd edək ki, Qarabağ Universiteti 1969-cü ildə Xankəndi şəhərində yaradılmış Azərbaycan Pedaqoji İnstitutunun binasında fəaliyyət göstərir. Qarabağda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur.[7] 1969-cu ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuşdu. 1980-cü ildən 1989-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdi. İşğal dövründə isə fəaliyyəti dayandırmışdır.[1]
Fakültələr
Universitetdə hazırda incəsənət, iqtisadiyyat, mühəndislik, humanitar və sosial elmlər, pedaqoji, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsində tədris həyata keçirilir.[8]
İxtisaslar
2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsinə tələbə qəbulu aparılacaq ixtisaslar aşağıdakılardır:[9]
Pedaqoji fakültə
- Riyaziyyat müəllimliyi
- İbtidai sinif müəllimliyi
- Xarici dil müəllimliyi
- Azərbaycan dili və ədəbiyyat müəllimliyi
İqtisadiyyat fakültəsi
- Beynəlxalq ticarət və logistika
- İqtisadiyyat
- Maliyyə
- Menecment
- Mühasibat
- Dövlət və bələdiyyə idarəetməsi
Humanitar və sosial elmlər fakültəsi
- Beynəlxalq münasibətlər
- Hüquqşünaslıq
- Tarix
- Psixologiya
Mühəndislik fakültəsi
- Elektrik və elektronika mühəndisliyi
- İnşaat mühəndisliyi
- Kompüter mühəndisliyi
- Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
- Mexatronika və robototexnika mühəndisliyi
İncəsənət fakültəsi
- Musiqi müəllimliyi (fortepiano, violin (skripka), klarnet, saksafon, tar, kamança, saz, qanun, nağara, balaban, qarmon)
- Dekorativ-tətbiqi sənət (bədii toxuculuq, bədii keramika)
- Dizayn (interyer dizayn, qrafik dizayn, geyim dizaynı)
- İnstrumental ifaçılıq (tar, kamança, saz, qanun, qarmon, nağara, balaban, fortepiano, violin (skripka), klarnet)
- Vokal sənəti (xanəndəlik, milli vokal)
Turizm fakültəsi
- Turizm işinin təşkili
2025-ci ilin yanvar ayından etibarən Qarabağ Universitetində mentorluq proqramı fəaliyyətə başlayıb.[10]
Kitabxana
Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.[11]
Rəhbərlik
Rektor — Şahin Vaqif oğlu Bayramov
Prorektorlar
- Elm və innovasiya məsələləri üzrə prorektor — Fariz Saleh oğlu Əhmədov
- Maliyyə və təsərrüfat işləri üzrə prorektor — Rüstəm Vaqif oğlu İsgəndərli
Dekanlar
- İncəsənət fakültəsi — Türkər Qasımzadə
- İqtisadiyyat fakültəsi — Ceyhun Məmmədov[12]
- Mühəndislik fakültəsi - Hüseyn Mirzəyev[13]
- Humanitar və sosial elmlər fakültəsi — Elmar Mustafayev
- Pedaqoji fakültə — Kəklik Gözəlova[14]
- Tibb və Sağlamlıq Elmləri fakültəsi - Dr. Samir Babayev
Kampus
Qarabağ Universiteti kampusu əsas tədris binası, ikinci tədris binası, üçüncü tədris binası və yaşayış binalarından ibarətdir. Hər üç tədris binasında müxtəlif ixtisaslar, həmçinin ingilis dilinin inkişafı istiqamətində tədrisin təşkili aparılır. Universitet şəhərciyindəki yaşayış kompleksləri müasir kampus konseptinə uyğun şəkildə hazırlanaraq həm tələbələr, həm də əməkdaşlar üçün yüksək standartlara cavab verən mühit yaradır.[15]
Qarabağ Universitetinin Klinikası
Azərbaycan Prezidenti 7 fevral 2025-ci ildə “Qarabağ Universitetinin Klinikası”nın yaradılması ilə bağlı fərman imzalayıb. Klinika Xankəndidə fəaliyyət göstərəcək, tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar hazırlığını təmin edəcək, elmi tədqiqatlar aparacaq və region əhalisinə tibbi xidmət göstərəcək.[16]
Klinika publik hüquqi şəxs statusuna malikdir. Onun təsisçisi Azərbaycan Prezidentidir, yenidən təşkili və ləğvi isə Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək, Elm və Təhsil Nazirliyinə isə Klinikanın nizamnaməsini iki ay müddətində təsdiq etmək tapşırılıb.[16]
Klinikanın fəaliyyətinin başlanğıcı üçün Qarabağ Universitetinə 5 milyon manat ayrılıb. O, mərhələli şəkildə özünümaliyyələşdirməyə keçənədək dövlət dəstəyi davam edəcək.[16]
Əməkdaşlıq
Qarabağ Universitetində “Azıx arxeoloji araşdırma və analizlər laboratoriyası” yaradılıb. [17]
Qarabağ Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi arasında da əməkdaşlıq əlaqələri uğurla qurulub və birgə fəaliyyət planı təsdiq edilib.[17]
SOCAR ilə Qarabağ Universiteti arasında tələbələr üçün təcrübə və təqaüd layihələrini, elmi-tədqiqat və innovasiya işlərinin dəstəklənməsini, Bakı Ali Neft Məktəbi ilə birgə təhsil proqramlarının yaradılmasını nəzərdə tutan əməkdaşlıq sazişi imzalanıb.[18]
Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında qarşılıqlı tələbə mübadiləsini, pedaqoji kadrların mübadiləsini, birgə tədqiqat fəaliyyəti sahəsində əməkdaşlığı, elmi materialların və məlumatların mübadiləsini, ikili diplom proqramlarının hazırlanmasını, tədris və tədqiqat laboratoriyalarının birgə layihələndirilməsi və idarə olunmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.[19]
İstinadlar
- ↑ 1 2 "Ş.V.Bayramovun Qarabağ Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 20 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2024.
- ↑ 1 2 "Qarabağ Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2024.
- ↑ "İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 20 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2024.
- ↑ "İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 13 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2024.
- ↑ ""Qarabağ Universitetinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında". nk.gov.az (az.). 26 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2024.
- ↑ "Emin Əmrullayev: Tələbələrimizi sentyabrın 15-i Xankəndidə görmək istiqamətində işləyirik". AZƏRTAC. 09.12.2023. 2023-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-10.
- ↑ "Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 15 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2024.
- ↑ "Qarabağ Universitetinin bukleti hazırlanıb". Oxu.az. 18 may 2024. 19 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2024.
- ↑ ""Qarabağ Universitetində bu ixtisaslar tədris olunacaq - SİYAHI"". Azərbaycan müəllimi (az.). İstifadə tarixi: 25 yanvar 2026.
- ↑ "Qarabağ Universiteti quruculuq və inkişaf yolundadır". https://azerbaijan-news.az (az.). 1 yanvar 1970. İstifadə tarixi: 25 yanvar 2026.
- ↑ "İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 20 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 yanvar 2026.
- ↑ musavat.com https://musavat.com/news/qarabag-universitetinin-yeni-dekani-kimdir_1088306.html (#bare_url_missing_title). İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ "Qarabağ Universitetinin Mühəndislik fakültəsinə dekan təyin olunub". Report İnformasiya Agentliyi (az.). 10 iyul 2024. 10 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2024.
- ↑ "Qarabağ Universitetinə dekanlar seçildi". Qafqazinfo (az.). 29 may 2024. 10 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2024.
- ↑ "Kampus". Qarabağ Universiteti (ingilis). 19 may 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2025.
- ↑ 1 2 3 ""Qarabağ Universitetinin Klinikası" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 9 fevral 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 fevral 2025.
- ↑ 1 2 "Qarabağ Universitetinin strateji hədəfləri". Xalqqazeti.az (az.). İstifadə tarixi: 25 yanvar 2026.
- ↑ "SOCAR ilə Qarabağ Universiteti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb". Oxu.az (az.). 1 noyabr 2025. İstifadə tarixi: 25 yanvar 2026.
- ↑ "Qarabağ və İstanbul universitetləri arasında ikili diplom proqramları həyata keçiriləcək". Oxu.az (az.). 22 yanvar 2026. İstifadə tarixi: 25 yanvar 2026.
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.
