Parasitiformes

Parasitiformes
Elmi təsnifat
Beynəlxalq elmi adı

Parasitiformes (lat. Parasitiformes) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəüstü.

Haqqında

Parazitiform gənələrdə bədən iki hissədən ibarət olur: 2 cüt ön ətraflı qnatosom və 4 cüt ayaqlı idiosom. Bu gənələrin bədəni seqmentləşməmişdir. Ayaqların birinci buğumları sərbəst şəkildə bədənə birləşmiş, hərəkətli və ya azhərəkətlidir. Onlarda 1 cüt yaxşı nəzərəçarpan nəfəsgah vardır. Cinsiyyət dəliyi idiosomun ön hissəsində yerləşir. İnkişaf sikli aşağıdakı fazaları əhatə edir.[2] Yumurta, sürfə, nimfa və yaşlı gənə. Cinsi dimorfizim adətən yaxşı ifadə olunmuşdur. Dişilər mayalanmadan sonra çoxalırlar, ancaq parteneogenez də məlumdur. Parazitiform gənələr – tipik yerüstü sakinlərdir. Onların həyat tərzi və yaşayış yeri çox müxtəlifdir. Torpaqda, meşə döşənəyində, peyində, bitkilərdə, xırda məməlilərin və quşların yuvalarında, ictimai cücülərin yuvalarında yaşayırlar. Dəstəyə həm yırtıcı və ya qarışıq qidalı sərbəstyaşayan, həm də parazit növlər daxildir. Ev və vəhşi heyvanların paraziti, insanın və ev heyvanlarının bir çox qorxulu xəstəliklərinin törədicisi olan iksod, arqas və bəzi qamaz gənələri geniş dairələrdə məlumdur. Parazitiform gənələrin ölçüləri güclü şəkildə fərqlənərək 0,2 sm-dən 2–3 sm-ə qədər dəyişir. Bədən formasıda çox müxtəlifdir. Gənələr dorszol-ventral istiqamətdə yastılana və ya bərabər surətdə kürəşəkilli enlənə bilər. İdiosomun örtükləri dartılan kutikuladan ibarət olub, müxtəlif forma və ölçüləri olan və dioqnostik əhəmiyyət kəsb edən qalxan və qalxancıqlara skrelitlərə, disklərə malik olur. Bədənin və ətrafların örtükləri üzərində müxtəlif formalı və uzunluqlu qılcıqlar olur. Qılcıqlar ya düzgün və daimi formada yerləşir, ya da nizamsız şəkildə bütün bədəni örtür. Gözləri, əgər varsa, idiosomun dorsal tərəfində yerləşir. Əksər növlərdə gözlər yoxdur. Xeliserlər – zirvəsində qısqac olan 2–3 buğumludur. Pedipalplar 4–5 buğumlu olub hiss orqanı rolunu oynayır. Yaşlı nimfalarda və gənələrdə 4cüt, sürfələrdə 3cüt ayaq olur. Ayaqlar 6 buğumdan ibarət olur: çanaq, burma, bud, diz, baldır, bir cüt caynağa malik pəncəönü və əmziklə bitən pəncə. Bir çox gənələrdə caynaqlar və əmziklər reduksiyaya uğramış, birinci ayaqlar isə antena rolunu oynayır. Parazitiform gənələr dəstəsi üç yarımdəstəyə bölünür.[3]

  1. Qamaz, uropod və başqa gənələrdən ibarət olan Mezostqmata
  2. İksodoid gənələr fəsiüstlüyünü birləşdirən Metastiqmata
  3. Tropik Holotyroidea – dan ibarət olan Tetrastiqmata

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2007.
  2. B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar Zoologiyası. Bakı, Təhsil, 2008, səh.357
  3. V. İ. Dogel. Onurğasızlar zoologiyası. Bakı: 2007, səh.347

Həmçinin bax

Content Disclaimer

Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.

  1. The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
  2. There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
  3. It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
  4. Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
  5. Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.