Orson Uells
| Orson Uells | |
|---|---|
| Orson Welles | |
| Orson Uells 1937-ci ildə | |
| Doğum adı | Corc Orson Uells |
| Doğum tarixi | |
| Doğum yeri | Kenoşa, Viskonsin, ABŞ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Los-Anceles, ABŞ |
| Vəfat səbəbi | ürək tutması |
| Vətəndaşlığı |
|
| Həyat yoldaşı |
Virciniya Nikolson (1934–1940) Rita Heyvort (1943–1948) Paola Mori (1955–1985) |
| Atası | Riçard Hodcdon Hed Uells |
| Anası | Beatris İvs |
| Fəaliyyəti | kinorejissor, aktyor, ssenarist, prodüser |
| Fəaliyyət illəri | 1931 — 1985 |
| Boyu | 183 sm |
| Üzvlüyü | |
| Mükafatları |
|
| IMDb | ID0000080 |
|
|
|
| Wellesnet | |
Corc Orson Uells (ing. George Orson Welles; 6 may 1915[1][2][…] – 10 oktyabr 1985[1][2][…], Los-Anceles, Kaliforniya, ABŞ[3]) — amerikalı kinorejissor, aktyor, ssenarist və prodüser. Teatr, kino və radioda fəaliyyət göstərmiş və hər üç sahədə yenilikçi fəaliyyəti ilə yadda qalmışdır. Xüsusilə Brodveydə səhnəyə qoyulan "Sezar" (1937) tamaşası, "Merkuri" teatrının yaradılması, radio tarixindəki ən məşhur yayımlardan sayılan "Dünyaların müharibəsi" (1938) radiotamaşası, "Vətəndaş Keyn" (1941) filmi onun adı ilə bağlıdır.
"Vətəndaş Keyn" Amerika Kino Sənəti İnstitutu və Böyük Britaniyanın "Sight & Sound" jurnalı tərəfindən bütün dövrlərin ən yaxşı filmi seçilmiş, həmçinin 1995-ci ildə kinonun 100 illiyi münasibətilə Vatikan tərəfindən tərtib olunan 45 filmdən ibarət seçilmiş filmlər siyahısına daxil edilmişdir. Uells bu filmin həm rejissoru və ssenaristi, həm də baş rol ifaçısı olmuşdur.
Mükafatları
- 1941-ci ildə "Vətəndaş Keyn" filminə görə ən yaxşı ssenari nominasiyasında "Oskar" mükafatı
- 1952-ci ildə "Otello" filminə görə "Qızıl palma budağı"
- 1964-cü ildə "Proses" filminə görə Fransa kinotənqidçilər cəmiyyətinin mükafatı
- 1975-ci ildə Amerika Kino Sənəti İnstitutunun "Kinematoqrafdakı xidmətlərinə görə" mükafatı
Filmoqrafiya
Rejissoru olduğu filmlər
- 1934 — "Dövrün ürəkləri" / The Hearts of Age
- 1938 — "Çoxlu Consonlar" / Too Much Johnson
- 1941 — Vətəndaş Keyn / Citizen Kane
- 1942 — "Möhtəşəm Embersonlar" / The Magnificent Ambersons
- 1946 — "Əcnəbi" / The Stranger
- 1947 — "Şanxaylı ledi" / The Lady from Shanghai
- 1948 — Makbet / Macbeth
- 1952 — Otello / The Tragedy of Othello: The Moor of Venice
- 1978 — "Otello" filminin çəkilişi / Filming "Othello" (sənədli film)
- 1955 — "Cənab Arkadin" / Mr. Arkadin
- 1958 — "Şərin möhürü" / Touch of Evil
- 1963 — "Mühakimə" / Le procès
- 1981 — "Mühakimə" filminin çəkilişi / Filming "The Trial" (sənədli film)
- 1965 — "Gecəyarı zəngləri (Falstaf)" / Campanadas a medianoche
- 1968 — "Ölümsüz hekayə" / The Immortal Story
- 1975 — "Doğru və yalan" / F for Fake
Aktyor kimi
- Paris yanırmı? (film, 1966) / Paris brûle-t-il?
İstinadlar
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Orson Welles // Internet Broadway Database (ing.). 2000.
- ↑ Deutsche Nationalbibliothek Record #118630822 // Gemeinsame Normdatei (alm.). 2012—2016.
Xarici keçidlər
- Orson Uells — IMDb səhifəsi
- Orson Welles – The One Man Band (1995)
- Senses of Cinema Great Directors Critical Database: Orson Welles Arxivləşdirilib 2010-02-09 at the Wayback Machine
- Orson Welles bibliography
- Mercury Theatre on the Air
- Orson Welles: A Man of a Certain Ego by Rodger Jacobs at Pop Matters
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.