OS/2
OS/2 ailəsinin əməliyyat sistemləri 1987-ci ildə fərdi kompüterlərin yeni ailəsinin yaradılması ilə əlaqədar İBM firması tərəfindən hazırlanmışdır. OS/2 (Operating System/2) nəsil çox məsələli əməliyyat sistemidir. OS/2 İBM PC ilə uyuşan kompüterlər üçün 32 — mərtəbəli qrafiki çoxməsələli əməliyyat sistemidir. OS/2 bir neçə tətbiqi proqramın paralel işini təmin edir və bu zaman işləyən proqramları bir-birindən, əməliyyat sistemini isə işləyən proqmlardan mühafizə edir. ƏS-də proqmların yazılmasında APİ (Application Programming İnterfase)- tətbiqi proqramlar interfeysində yerləşən hazır proqram modullarından istifadəyə imkan verir. OS/2 əməliyyat sistemi DOS-un fayl sistemi ilə uyuşan rahat qrafiki istifadəçi interfeysinə malikdir. Bu da verilənlərdən heç bir çevirmə aparmadan onlardan həm DOS–da, həm də OS/2–də istifadə etməyə imkan verir. ModifikasiyaOS/2-nin aşağıdakı modifikasiyaları mövcuddur:
OS/2-nin əsas çatışmazlığı onun az sayda tətbiqi proqramlara malik olmasıdır ki, bu da onun MS DOS və Windows ƏS-nə nisbətən az yayılmasına səbəb olub. İstinadlarHəmçinin baxXarici keçidlər
|