Musa Qurbanlı

Musa Qurbanlı
Ümumi məlumatlar
Tam adı Musa Qurban oğlu Qurbanlı [1]
Doğum tarixi 13 aprel 2002(2002-04-13)[2] (24 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Boyu 1,83 m
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub Azərbaycan Qarabağ
Nömrəsi 22
Karyerası
Klub karyerası[* 1]
2019—2023 Azərbaycan Qarabağ 52 (30)
2020—2021   Azərbaycan Zirə 9 (1)
2023—2024 İsveç Yurqorden 16 (2)
2024—h.h Azərbaycan Qarabağ 2 (0)
Milli yığma[* 2]
Azərbaycan Azərbaycan (16 yaşlılar) 1 (2)
2017—2018 Azərbaycan Azərbaycan (17 yaşlılar) 3 (1)
2019 Azərbaycan Azərbaycan (19 yaşlılar) 6 (0)
2019—2021 Azərbaycan Azərbaycan (21 yaşlılar) 12 (5)
2020—h.h Azərbaycan Azərbaycan 14 (3)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 24 sentyabr 2024 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 24 sentyabr 2024 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Musa Qurbanlı (13 aprel 2002[2], Bakı) — azərbaycanlı futbolçu, "Qarabağ" klubunun hücumçusu.

Klub karyerası

"Qarabağ"

Musa Qurbanlı 2017-ci ilin avqustunda “Qarabağ” ilə müqavilə imzalayıb. O, komandada debütünü 2019-cu il dekabrın 20-də Azərbaycan KubokundaKeşlə”yə qarşı keçirib və bu oyunda “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib.[3]

2021-ci il yanvarın 21-i Zirə klubu ilə "Qəbələ"yə qarşı Premyer Liqa matçında ilk rəsmi qolunu vurmuşdur. 26 yanvar 2021-ci ildə Azərbaycan Kubokunda Lökbatanın "Qaradağ" klubuna qarşı matçda qol vurmuşdur.

O, Azərbaycan Premyer Liqasında "Qarabağ"ın heyətində 25 sentyabr 2020-ci ildə "Sumqayıt"la oyunda debüt edib.[4]

2022-23 mövsümündə 21 qol və 7 məhsuldar ötürmə ilə çempionatın bombardirlik siyahısında ikinci yeri tutdu.[5]

"Yurqorden"

2022-2023 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlərindən olan Qurbanlı 2023-cü ilin iyul ayında İsveçin "Yurqorden" klubu ilə 3 illik müqavilə imzalayıb. Gənc futbolçunun illik qazancının 200 min avro olacağı bildirilib. “Yurqorden” “Qarabağ”a isə 500 min avroya yaxın ödəniş edib.[6]

"Qarabağ"a geri dönüş

14 iyun 2024-cü ildə "Qarabağ" Qurbanlı ilə 3 illik müqavilə imzalayıb.[7]

Beynəlxalq karyerası

Musa Qurbanlı 31 may 2019-cu ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb.[8][9]

O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində 6 iyun 2020-ci ildə AVRO-2021 U21 Çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn U21-ə qarşı oyunda rəsmi debüt edib.[10] 26 may 2021-ci ildə Ukrayna 21 yaşlıları ilə keçirilən yoldaşlıq matçında ilk qolunu vurdu.

12 oktyabr 2021-ci ildə seçmə mərhələ çərçivəsində Xorvatiyalı həmyaşıdları ilə keçirilən matçda, U21 millisində ilk rəsmi qolunu vurdu.

Qurbanlı Azərbaycan əsas millisində debütünü 2020-ci il noyabrın 11-də Sloveniya ilə yoldaşlıq görüşündə keçirib.[11]

Karyera statistikası

Klub

9 Yanvar 2024 tarixində yenilənib[12]
Klub, mövsüm və yarış üzrə oyun və qol sayı
Klub Mövsüm Liqa Milli Kubok[a] Qitə Digər Ümumi
Division Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Qarabağ 2019–20 Azərbaycan Premyer Liqası 0 0 1 0 0[b] 0 1 0
2020–21 Azərbaycan Premyer Liqası 5 1 0 0 1[c] 0 6 1
2021–22 Azərbaycan Premyer Liqası 15 8 2 1 6[d] 0 23 9
2022–23 Azərbaycan Premyer Liqası 32 21 2 2 4[e] 0 38 23
Ümumi 43 27 5 3 11 0 - - 59 30
Zirə (icarə) 2020–21 Azərbaycan Premyer Liqası 9 1 2 1 11 2
Yurqorden 2023 Allsvenskan 14 2 1 1 2 0 17 3
Qarabağ 2024–25 Azərbaycan Premyer Liqası 2 0 0 0 2 0
Karyerası Cəmi 68 30 8 5 13 0 0 0 89 35

Milli

24 sentyabr 2024 tarixində yenilənib
İl Oyun Qol
2020 1 0
2022 4 1
2023 5 0
2024 4 2
Ümumi 14 3
Nəticə sütunu Azərbaycanın qol sayını göstərir, hesab sütunu Qurbanlının hər qolundan sonrakı hesabı göstərir.
Musa Qurbanlının beynəlxalq oyunlarda vurduğu qolların siyahısı
Say Tarix Stadion Rəqib Hesab Nəticə Yarış
1 20 noyabr 2022 Tose Proeski Arena, Skopye, Şimali Makedoniya  Şimali Makedoniya 2–1 3–1 Yoldaşlıq oyunu
2 25 mart 2024 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan  Bolqarıstan 1–1 1–1 Yoldaşlıq oyunu
3 7 iyun 2024 Haladaş İdman Kompleksi, Sombatxey, Macarıstan  Albaniya 1–3 1–3 Yoldaşlıq oyunu

Şəxsi həyatı

Qurbanlı Azərbaycan millisinin keçmiş oyunçusu və "Qarabağ FK"un baş məşqçisi Qurban Qurbanovun oğludur.[13] Musa Qurbanlı eyni zamanda futbolçu Musa Qurbanovun qardaşı oğludur.[14][15][16]

İstinadlar

  1. "Peşəkar Futbol Liqası - Musa Qurbanlı". pfl.az. 26 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 fevral 2022.
  2. 1 2 Musa Gurbanli // Transfermarkt (çd.). 2000.
  3. ""Qarabağ" Musa Qurbanlının adının "Beşiktaş"la hallanmasına aydınlıq gətirib". apa.az. 17 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2022.
  4. "Musa Qurbanlı əsas komandada debüt etdi". qol.az. 31 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2019.
  5. "Сын Гурбана Гурбанова подписал контракт с шведским клубом" (rus). vesti.az. 7 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2023.
  6. ""Yurqorden" Musa Qurbanlı ilə müqavilə imzaladı - Yenilənib, Video". qol.az (az.). 7 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2023.
  7. "Musa Qurbanlı yenidən "Qarabağ"da". Qafqazinfo (az.). 14 iyun 2024. 15 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2024.
  8. "Arxivlənmiş surət". 25 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2021.
  9. "Qurban Qurbanov: "Musa Qurbanlı oğlum olduğu üçün digərlərindən bir addım geridədir"". report.az. 18 aprel 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2019.
  10. "UEFA European Under-21 Championship qualification matches, UEFA.com". 10 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2021.
  11. ""Beşiktaş" Musa Qurbanlı ilə maraqlanır". idmantv.az. 29 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 yanvar 2022.
  12. Soccerway.com saytında profili (ing.)
  13. "UEFA Conference League profile". uefa.com. 27 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2022.
  14. ""Beşiktaş"dan Musa Qurbanlı açıqlaması". sportal.az. (#cite_web_url); (#accessdate_missing_url)
  15. "Musa Qurbanlı Estoniya ilə oyunda dubl etdi - VİDEO". offsideplus.az. İstifadə tarixi: 22 mart 2022.[ölü keçid]
  16. ""Sona qədər döyüşəcəyik" - Musa Qurbanlı". sport24.az. 29 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2022.

Xarici keçidlər

Content Disclaimer

Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.

  1. The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
  2. There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
  3. It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
  4. Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
  5. Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.