Molla Əli Qarabaği
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
| Molla Əli Qarabaği | |
|---|---|
| Molla Əli Molla Kəlbəli oğlu Qarabaği | |
| |
| Doğum tarixi | 1811 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1893 (81–82 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | şair |
Molla Əli Molla Kəlbəli oğlu (1811, Şuşa – 1893, Şuşa) — şair, xəttat, müəllim. Şuşa şəhərindəki Mərdinli məscidinin axundu.
Həyatı
Molla Əli Molla Kəlbəli oğlu 1811-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Şuşa şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. O, Qarabağda "Kor xəlifə" ayaması ilə tanınırdı.
Molla Əli gözəl xəttat idi. Bir çox xəttləri yazmaqdə tay-tuşu tapılmazdı. Mirzə Kazım isimli bir şagirdi onun yazılarını toplayıb, "İnşai-Mirzə Kazım" adlı kitab çap etdirmişdi. Bu kitab mədrəsələrdə hüsn-xətt örnəyi kimi öyrədilirdi.
Molla Əli Qarabaği muğamat həvəskarı idi. Kar xəlifə kimi tanınan bu ünlü ruhani XIX yüzilin ortasında yeni musiqi məktəbi açmışdı. O, burada tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi də öz fəaliyyətini dayandırır.
Molla Əli 1875-ci ildə Şuşa şəhərindəki Merdinli məscidinin öxundu idi. O, 1893-cü ildə vəfat edib. Mirzə Əlinin Salah, Süleyman adlı oğulları vardı.
Mənbə
- Ənvər Çingizoğlu. Adlı kişinin övladları. "Soy" dərgisi, 1 (19) 2008.
Həmçinin Bax
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.
