Köhnə Pinakotek
| Köhnə Pinakotek | |
|---|---|
| alm. Alte Pinakothek | |
| Köhnə Pinakotek | |
| |
| Əsası qoyulub | 1836 |
| Təsisçi | |
| Mövzu | Renayssans, barokko |
| Ölkə | |
| Yerləşir | |
| Ziyarətçi sayı |
|
| Muzeyə yetişmək | U 2-Königsplatz |
| Telefon | 089 2380-5216 |
| İş rejimi |
Çərşənbə axşamı 10:00-20:00, |
| Bilet | Bazar günü 1 avro |
| 48°08′53″ şm. e. 11°34′11″ ş. u.HGYO | |
| pinakothek.de/alte-pinak… | |
Köhnə Pinakotek (alm. Alte Pinakothek) — 1836-cı ildə yaradılmış Almaniyanın Münhen şəhərinin Maksforstadt hissəsində yerləşən, dünyanın sayılan rəsm qalereyası, Bavariya dövlət rəsm toplusunun tərkib hissəsi.
Tikilməsi
Binanın təməl daşı 7 aprel 1826-cı ildə qoyulmuş, 1836-cı ilin payızında isə bitirlmişdir.[4]. İkinci dünya müharibəsində 1943–44-cü illərdə bina dağıdılmış və 1952–57-ci illərdə Hans Döllqast tərəfindən zenidən tikilərək bərpa edilmişdir. Binada növbəti baş təmir 1994-cü ildə başlanılmış, 23 iyul 1998-ci ildə Köhnə Pinakotek yenidən istifadəyə verilmişdir. Muzeydə 700-ə qədər rəsm əsəri və tablo 19 zal və 49 otaqda daimi eksponat kimi sərgilənmişdir. Bu muzeyin əsas xüsusiyyəti ondadır ki, burada təsviri sənət nümunələrindən ancaq rəsmlər nümayiş olunur. Muzey divarları və otaqları digər muzeylərdən fərqli olaraq çox soyuq tərtibatlıdır. Burada dəm-dəsgahlı muzey mebel və dizayn dəstlərinə, heykəl nümunələrinə rast gəlinmir. Muzeyin belə soyuq tərtibatı bir qədər almanların qənaətcil və xəsis təbiətlərindən irəli gəlir. Kərpic divarları ancaq kolleksiyanın bu əvəzsiz və qiymətli əsərləri bəzəyir. Burada rəsim əsərlərindən başqa diqqəti cəlb edəcək heç nə mövcud deyil.
Tarix
Bavariya kralı I Lüdviq bir çox təsviri sənət nümunələrini satın alıb və onları sisemləşdirərək geniş xalq kütlələrini incəsənətlə yaxından tanış olmasını təmin etmək üçün memar Leofon Klensə muzey tikməyi tapşırır.
Bavariya kolleksiyası, sonralar yunan adı "pinakotek" alaraq IV Vilhelmin zəmanəsinin rəssamlarına sifarişləri əsasında tarixi mövzularda çəkilmiş rəsm əsərlərindən təşkil olunmuşdur. Altdorfer tərəfindən 1529-cu ildə çəkilmiş "Makedoniyalı İsgəndərin çar Dara ilə döyüşü" tablosu dünyada məşhur şedevr kimi Münhen kolleksiyasına daxil olunmuşdur. Pfalz Bavariyaya birləşdikdən sonra Manhaym, Düsseldorf, Çvaybrüken qalereyalarında olan əsərlər fransız əsgərlərinin əlinə düşməməsi üçün "Köhnə Pinakotekə" gətirilir.
Qalereya
İstinadlar
- ↑ https://www.pinakothek.de/en/visit/alte-pinakothek.
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://www.pinakothek.de/sites/default/files/downloadable/2017-04/BStGS_2016_Jahresbericht-DS.pdf.
- ↑ Johann Michael von Söltl: München mit seinen Umgebungen, Seite 225. München 1854 Arxivləşdirilib 2014-07-23 at the Wayback Machine, abgefragt am 2. Januar 2011
Xarici keçidlər
- Alte Pinakotek (alm.)
Vikianbarda Köhnə Pinakotek ilə əlaqəli mediafayllar var.
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.
