Kappadokiya

UNESCO-nun Ümumdünya irsi obyekti
'
Ölkə
Tip Qarışıq
Kriteriya i, iii, v, vii
Keçid 357
Region Türkiyə / İç Anadolu [* 1]
Daxil edilməsi 1985  (qeyri-məlum sessiya)
' xəritədə
'
'

Kappadokiya (türk. Kapadokya) Yerli əhalinin dilində: "Dünyanın səkkizinci möcüzəsi". Kappadokiya Türkiyənin Nevşehir vilayətinə bağlı Ürgüp rayonu ilə Uçhisar- Avanos üçbucağı arasında yerləşən vadilərdə, Ürgüp-Şahinefendi arasındakı bölgədə Nevşehir Çat qəsəbəsi ətrafında, Kayseri Soğanlı vadisində ve Ağsaray Selimə kəndi ətrafında yerləşən bölgənin adıdır.. Türkiyədə dünyanın hər yerindən turistləri özünə cəlb edən möcüzəli bir rayon var.O , duzlu və dayaz , lakin geniş Tuz gölünün şərqində yerləşir və Kappadokiya adlanır.Bəzən tünd süxurlardan çələng qoyulan ağ və sarı rəngli şiş uclu qayalar,qədim zamanlardan qalmış çoxlu sayda mağaralar, yaşayış yerləri, habelə qayalardan yonulan xristian məbədləri və ibadətxanaları buranın görməli yerlərindəndir. Bu rayonda insanlar neolit dövründən məskunlaşmışlar.(e.ə VIII-III minilliklər).Bundan daha öncə, 7-5 milyon il əvvəl indiki Kappadokiyanın sahəsi güclü vulkan püskürmələrindən sarsıntılara məruz qalmışdır..Tərkibi silikatlarla və qazlarla doymuş ərinti - turş maqma yer əthinə çıxır. Bu bölgədə, vadi yamaclarından enən sel sularının və küləyin, vulkanik püskürtülərdən əmələ gələn maddəni aşındırdığı üçün Pəribacası adı verilən qəribəliklər meydana gəlmişdir. Sel sularının dik yamaclarda özünə yol açması, sərt qayaların çatlamasına və qopmasına səbəb olmuşdur. Alt hissələrdə yerləşən və daha asan aşınan maddənin dərin bir formada ovulması ilə yamac geriləmiş, beləliklə üst hissələrdə yer alan şapka ilə aşınmadan qorunan böyük, geniş ölçülü gövdələr ortaya çıxmışdır. Daha çox Ürgüp ətrafında yerləşən papaqlı pəribacaları böyük gövdəli olub, təpə hissələrində bir qaya bloku yerləşir. Yəni şapkanı əmələ gətirən qaya tipi, gövdəni əmələ gətirən qayaya nisbətən daha möhkəm, dayanıqlıdır. Bu pəribacasının əmələ gəlməsi için əsas səbəbdir.Papaqdakı qayanın sərtliyindən asılı olaraq, pəribacaları uzun və ya qısa ömürlü olurlar. Çatlarla yuxarı qalxan maqma aşağı təzyiq sahəsinə düşəndə qazların sürətlə genişlənməsinə səbəb olur və maqma partlayaraq yüngül məsaməli kütlə-pemza əmələ gətirir.Belə püskürmələr dəfələrlə baş vermişdir.Bu zaman isti pemza axınları püskürmə mərkzindən başlayıb uzaq məsafələrə yayılır, relyfin bütün çökəkliklərini( xüsusilə çay vadilərini, yarğanları, çuxurları) dolduraraq onu tədricən hamarlayır. Arası kəsilmədən davam edən gurultudan yerin necə titrədiyini, qazandan daşan süd köpüyü kimi çoxsaylı vulkan boğazlarından, qaynar pemzanın axaraq sürətlə relyefin yamacı boyu necə hərəkət etdiyini və nəhayət, soyuyaraq sürətdən düşüb öz yerində donduğunu ancaq təsəvvür etmək olar.

Qalereya

Mənbə

Xarici keçidlər

Anadolunun qədim əyalətləri

Vifiniya  • Qalatiya  • İoniya  • Kapadokiya  • Kariya  • Kilikiya  • Lidiya  • Likaoniya  • Likiya  • Miziya  • Pamfiliya  • Paflaqoniya  • Pisidiya  • Pont  • Troada  • Frigiya  • Eolida

Content Disclaimer

Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.

  1. The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
  2. There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
  3. It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
  4. Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
  5. Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.