John 5
| John 5 | |
|---|---|
| ing. John William Lowery | |
| | |
| Ümumi məlumatlar | |
| Doğum adı | Con Uilyam Louri |
| Ləqəbi | John 5 |
| Doğum tarixi | 31 iyul 1971 (54 yaş) |
| Doğum yeri | |
| Milliyyəti |
|
| Uşağı | 2 |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | Gitarist, Söz yazarı |
| Fəaliyyət illəri | 1983 - bu günədək |
| Janrlar | rok, hevi-metal |
| Musiqi alətləri | Gitara, Bas gitara |
| Albom şirkətləri |
|
| Üzvlüyü | |
| john-5.com | |
John 5 (əsl adı Con Uilyam Louri, 31 iyul 1971, Qross-Puent[d], Miçiqan) — ABŞ-li gitarist.
Gənclik
Con Uilyam Louri bir televiziya proqramından təsirlənərək yeddi yaşında gitara çalmağa başladı. Ailəsi də onu qeydlərini yüksək tutması qarşılığında barlarda çalmasına icazə verəcəyini söylədi. 18 yaşında musiqi həyatına başlamaq üçün Los Ancelesə getdi. Bir neçə qrup sınağından sonra ən əhəmiyyətli qrupu olan Ozzi Osbornun bateristi olan Rendi Kastillo ilə "Red Square Black" adlı bir qrup qurdu.
Musiqidə yüksəliş
Louri, 1996-cı ildə Merilin Menson seçmələrinə qatıldı ancaq qrupa seçilə bilmədi. Daha sonra köhnə Judas Priest vokalı Rob Halford ilə Two qrupunu qurdu və Trent Reznor prodüserliyində bir albom qeyd etdi. Daha sonra da köhnə Van Halen də vokalı Devid Li Rot üçün mahnılar yazdı və onun The DLR Band albomu üçün gitara çaldı.
Marilyn Manson dövrü
1998-ci ildə Zim Zumun ayrılmasıyla Merilin Menson ona qrupa girib konsertlərdə çalmağı təklif etdi. Louri qrupa girincə İncildə bir hissə olan John 5 adını aldı. Daha sonra Merilin Menson üçün mahnılar yazmağa başladı və Holy Wood və The Golden Age of Grotesque albomlarında gitara çaldı. 2003-də Fender ilə razılaşıb öz adını daşıyan bir Telecaster çıxartdı. 2004-cü ildə isə qrupdan ayrıldı.
Solo albomlar
Sənətçi, qrupdan ayrıldığı il Vertigo adlı ilk solo albomu çıxardı. Avtobioqrafiq xüsusiyyətlər daşıyan albomda, John 5 gitara qabiliyyətlərin i göstərdi.
2005-ci il tarixli Songs for Sanity və 2007-ci il tarixli Devil Knows My Name albomlarında müvəffəqiyyətlə rini davam etdirdi və Stiv Vay və Co Satriani kimi adlarla düet etdi. Bu sırada da Rob Zombinin gitaristliyini başlayan John 5 2005 tarixli Educated Horses albomunda gitara çaldı.
İstinadlar
Xarici keçidlər
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.