ICON

Icon– çox yüksək səviyyəli proqramlaşdırma dili (VERY HIGH-LEVEL PROGRAMMING LANGUAGE). 1974-cü ildə Ralf Qrisvold (Ralph E. Griswold) tərəfindən işlənib hazırlanıb. Öz ideyasını həmin müəllifin daha erkən hazırlamış olduğu SNOBOL dilindən alıb. Adı isə “iconoclastic” (“ikonoklastik”) sözündəndır və “proqramlaşdırma dillərinin işlənib hazırlanmasında konformizm ilə mübarizə” mənasında işlədilir. Icon dilinin məntiqi proqramlaşdırma dilləri ilə çoxlu ortaq cəhətləri vardır. Icon dilində prosedurlar birinci sinif kəmiyyətlərə (first class values) aiddir, yəni dəyişənlərə prosedurların yerinə yetirilməsinin nəticəsini deyil, onların özlərinin qiymətini mənimsətmək olar. Icon dili öz sintaksisini Algol proqramlaşdırma dilləri ailəsindən alıb və C, yaxud Pascal dilinin sintaksisini xatırladır. Pascal dilinə daha çox bənzəyir, mənimsətmə üçün := işarəsindən, procedure açar sözündən və s. istifadə edir. Digər tərəfdən, Icon dilində deyimləri qruplaşdırmaq üçün C-üslubunda fiqurlu mötərizələrdən istifadə olunur, proqramın işi isə “main” adlı prosedurla başlayır. Prosedurlar Icon-proqramlarını qurmaq üçün əsas bloklardır, ancaq Pascal dilində olan prosedurlardan fərqli olaraq, onlar (C və Pascal funksiyaları kimi) qiymətlər qaytara bilər; Icon dilində function açar sözü yoxdur.

procedure doSomething(aString)
  write(aString)
end
  

Icon dilinin ən aktiv inkişaf edən qollarından biri Unicon dilidir. Icon dilinin obyekt-yönlü dialekti olan Unicon dili verilənlər bazası ilə işi dəstəkləyir.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər

Content Disclaimer

Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.

  1. The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
  2. There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
  3. It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
  4. Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
  5. Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.