Hans Burqkmayr

Hans Burqkmayr
ing. Hans Burgkmair the Elder
Lukas Furtenagel 001
Lukas Furtenagel 001
Doğum tarixi
Doğum yeri Auqsburq
Vəfat tarixi (57–58 yaşında)
Vəfat yeri Auqsburq
Milliyyəti alman
Fəaliyyəti boyakar, qrafik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hans Burqkmayr (1.1.ilə 10.5. arası, 1473, Auqsburq – may ilə avqust arası, 1531, Auqsburq) — alman boyakarı və qrafiki.[1]

Həyatı

Atası rəssam Toman Burqkmayrdan (1444–1523), Kolmarda M. Şonqauerdən (1488–89); Auqsburqda ehtimal ki, Böyük H. Holbeyndən (təqr. 1492) dərs almışdır. 1498-ci ildən Auqsburqda boyakarlar gildiyası ustası olmuşdur. Müq. Yekaterina monastırının sifarişi ilə Roma bazilikalarına həsr olunmuş silsilə tablolar ("Müq. Pyotr bazilikası", 1501 və s., Dövlət qalereyası, Auqsburq) çəkmişdir (Böyük Holbeynlə birlikdə).[1]

Fəaliyyəti

Rəssam bir neçə dəfə İtaliyada, əsasən, MilanVenesiyada olmuşdur (təqr. 1495 və 1506–07). Şimal İntibahının görkəmli nümayəndələrindən biridir. Yaradıcılığının yetkin dövrü əsərlərində Şimali İtaliya boyakarlığından (əsasən, Venesiya məktəbindən) əxz etdikləri əksini tapmışdır. Bu xüsusiyyətlər Burqkmayr tablolarının kolorit quruluşunda, sərbəst və tarazlaşdırılmış kompozisiya həllində özünü göstərir ("Məryəm ana körpəsi ilə", 1509–10, Almaniya milli muzeyi, Nürnberq). Yaradıcılığının son dövr əsərlərinin kompozisiyası bir qədər ağırlığı ilə fərqlənir ("Esfir və Artakserks", 1528, Qədim pinakoteka, Münxen). Qravüralar üçün çoxsaylı rəsmlər çəkmişdir. Bir neçə lövhədən rəngli çap (kyaroskuro texnikası) tətbiq etməklə ksiloqrafiyanın imkanlarını genişləndirmişdir.[1]

Qalereya

İstinadlar

  1. 1 2 3 Burqkmayr// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 95.

Xarici keçidlər

Content Disclaimer

Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.

  1. The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
  2. There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
  3. It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
  4. Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
  5. Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.