Hadrut rayonu
| Hadrut rayonu | |
|---|---|
|
39°31′00″ şm. e. 47°01′48″ ş. u.HGYO |
|
| Ölkə | |
| İnzibati mərkəz | Hadrut |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 8 avqust 1930 |
| Ləğv edilib | 26 noyabr 1991 |
| Sahəsi |
|
| Saat qurşağı | |
| Əhalisi | |
| Əhalisi |
|
|
|
|

Hadrut rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri olub.
Sözün mənası
"Hadrut" kürd dilində "had" - sahil, "du" - iki "rut" - çay sözlərindən düzələrək "İki çay sahili" mənasını verir. Həmin ifadənin farsca variantı "Hadi dü rud" şəklindədir.
Tarixi
08.08.1930-cu il tarixində Şuşa və Cəbrayıl qəzalarının hissələrindən Azərbaycan SSR-in Dizak rayonu yaradılıb[1].
1933-cü ildən Azərbaycan SSR-in Dizak rayonunda "Koltntesakan" adlı rayon qəzeti nəşr olunmağa bağlayıb.
Azərbaycan SSR Ali Sovetinin 17.09.1939-cu il tarixli Qərarı ilə Dizak rayonunun adı dəyişdirilərək "Hadrut rayonu" adlandırılıb[2].
Hadrut rayonunda 1986-cı il üçün 11 məktəbəqədər və 28 ümumi təhsil məktəbi, orta-ixtisas məktəbi (texnikum), 1 musiqi məktəbi, 11 mədəniyyət evi, 22 klub, 41 kitabxana, 33 film qurğusu, 6 xəstəxana fəaliyyət göstərirdi.
1962-ci ildən Hadrutda radio verilişlərinin yerli redaksiyası fəaliyyət göstərirdi.
Qarabağ münaqişəsinin başlaması ilə Hadrut rayonunda millətlərarası atışmalar baş verdi. 1991-ci ilin yazında Ermənistan SSR-in təşəbbüsü ilə rayonun 14 kəndinin əhalisi Ermənistana köçürüldü[3].
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279-XII nömrəli Qanunun 3-cü və 4-cü hissələri ilə qərara alınmışdır: "3. Əsgəran və Hadrut rayonları ləğv edilsin. 4... Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilsin"[4].
Birinci Qarabağ Müharibəsi zamanı keçmiş Hadrut rayonunun ərazisi Ermənistan ordusunun nəzarətinə keçib və qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən 1992-2023-cü illər ərzində bu ərazilər "Hadrut rayonu" kimi idarə olunub. Həmin dövr əraizndə Hadrutda hər hansı tikinti-quruculuq işləri aparılmayıb, yalnız Azərbaycan əsilli ermənistan generalı Kamo Ağacanyan Hadrutda villa tiktirib[5].
İkinci Qarabağ Müharibəsi nəticəsində qeyd olunan ərazilər Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb.
İstinadlar
- ↑ Şablon:Книга:Административно-территориальное деление Азербайджанской ССР 1977
- ↑ "Arxivlənmiş surət" (PDF). 5 yanvar 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 noyabr 2020.
- ↑ "Мемориал. Хронология конфликта". 5 mart 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2008.
- ↑ "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Qanun". Hüquqi Aktların Dövlət Reyestri (ingilis). 24 aprel 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2025.
- ↑ "Atası "azərbaycanlı" olan erməni general". 14 fevral 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2025.
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.