Cuco
| Cuco | |
|---|---|
| | |
| Ümumi məlumatlar | |
| Doğum adı | Omar Banos |
| Ləqəbi | Cuco |
| Doğum tarixi | 26 iyun 1998 (27 yaş) |
| Doğum yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | müğənni-bəstəkar |
| Fəaliyyət illəri | 2015-ci ildən |
| Janrlar | |
| Musiqi alətləri | gitara, truba |
| Albom şirkəti | Interscope Records |
| enter.fantasygateway.io | |
Cuco (əsl adı: Omar Banos; 26 iyun 1998, İnqlvud, Kaliforniya) — ABŞ müğənnisi. Onun musiqisi bosa nova, indi-pop və psixodeliya elementlərini özündə birləşdirir.
Musiqi ilə uşaq yaşlarından məşğul olan və mahnı yazmağı öz səyləri hesabına öyrənən Cuco, 2016-cı ildə debüt minialbomu olan "Wannabewithu"nu təqdim edib. Onun ilk viral mahnıları "Lover is a Day" və "Amor de Siempre" adıçəkilən minialbomda yer alır. O, növbəti il sayca ikinci minialbomu olan "Songs4u"nu yayımlayıb. Cuco-nun 2017-ci ildə çıxardığı sinqlı "Lo Que Siento" geniş rəğbətlə qarşılanmış və bu, onu kolleci buraxmağa və musiqiçi kimi karyera qurmağa vadar etmişdir.
Cuco 2019-cu ildə Interscope Records ilə müqavilə bağlayıb. "Para Mi" – onun debüt studiya albomudur və elə həmin il işıq üzü görüb. 2022-ci ildə "Fantasy Gateway" adlı ikinci studiya albomu yayımlayıb. Hansı ki, üzərində prodüser Manuel Lara ilə birlikdə işləyib. Onun sayca üçüncü minialbomu olan "Hitchhiker" isə 10 noyabr 2023-cü ildə buraxılıb.
Həyatı
26 iyun 1998-ci ildə İnqlvudda Meksikadan olan mühacirlərin ailəsində doğulub. Valideynlərinin yeganə övladıdır.[4][5][6] Anası İrma Puebladan, atası Adolfo Mexikodandır.[6][7] O, Kaliforniyanın Hotorn şəhərində böyüyüb. Musiqi ifa etməklə səkkiz yaşında maraqlanmağa başlayıb. 15 yaşına çatmazdan qabaq truba, gitara, klaviatura, təbil, bas gitara, melofon və valtorn kimi müxtəlif çalğı alətlərində özünü sınamışdı.[8] O, ibtidai təhsilini Lennoksda, orta təhsilini Hawthorne High School-da alıb. Burada marş qrupunda və caz qrupunda çıxış edirdi.[9][10][11]
Diskoqrafiya
Studiya albomları
- Para Mi (2019)
- Fantasy Gateway (2022)
Minialbomlar
- Wannabewithu (2016
- Songs4u (2017)
- Cuco on Audiotree Live (2018)
- Chiquito (2018)
- Hitchhiker (2023)
İstinadlar
- ↑ Galil, Leor. "Bedroom-pop wunderkind Cuco forges a new path for pop". Chicago Reader. 26 iyul 2018. 27 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2019.
- ↑ "Cuco Mania Heats Up With Release of Debut Album 'Para Mi'". Billboard. İstifadə tarixi: 18 avqust 2019.
- ↑ "After Signing a Seven-Figure Deal, Cuco Is in Control". Billboard. 18 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2019.
- ↑ "Cuco Is Back with a New Label and a New Sound". Red Bull. 8 mart 2019. 18 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2019.
born Omar Banos in Inglewood, California
- ↑ Myers, Jess. "10 Artists You Should Celebrate This Cancer Season". Ones To Watch. 3 iyul 2019. 22 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2019.
Cuco – Born on June 26, 1998
- ↑ 1 2 Exposito, Suzy. "Amor y Cuco: How a Band Geek Became a Chicano Heartthrob". Rolling Stone. 25 sentyabr 2018. 26 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2019.
- ↑ Ruiz, Matthew. "A Conversation With Cuco and His Parents About the Joys and Perils of Sudden Stardom". Pitchfork. 28 avqust 2019. 6 sentyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2019.
- ↑ Graves, Shahlin. "Interview: Cuco on music as escapism + his upcoming debut album 'Para Mi'". Coup De Main Magazine. 28 iyun 2019. 18 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2019.
- ↑ 8 Things About Cuco You Should Know! | Billboard, İstifadə tarixi: 18 avqust 2019 – YouTube vasitəsilə,
I went to school in Lennox
- ↑ "Cuco is an indie-pop prodigy on the verge of mainstream fame, but last year his career hung in the balance after a trailer crashed into his tour van. Here's the story of his comeback". Red Bull. 25 mart 2019. İstifadə tarixi: 18 avqust 2019.
Banos played horns for the Hawthorne High marching band at school
- ↑ Bergado, Gabe. "Meet Cuco, the Spanish-Singing, Trumpet-Playing Artist You're Going to Fall Head Over Heels For". Teen Vogue. 24 iyun 2019. 24 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2019.
Xarici keçidlər
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.