Severity: Notice
Message: Undefined offset: 1
Filename: infosekolah/leftmenudasboard.php
Line Number: 33
Line Number: 34
Code:Breaker (コード: ブレイカー, Kōdo:Bureikā?, azərb. Kod: Qırıcı) və ya bəzən CØDE:BREAKER — manqaka Akimine Kamicyo tərəfindən yazılıb çəkilən manqa seriyası. 2008-ci ildən 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunmuş və 26 cildi buraxılmışdır. Manqa seriyası döyüş incəsənət növləri ilə məşğul olan lisey tələbəsi Sakura Sakurakoci və liseyə yeni gəlmiş, fövqəltəbii güclərə malik Rey Oqaminin başına gələn hadisələrdən bəhs edir. Manqa əsasında Kinema Citrus studiyası tərəfindən çəkilmiş 13 seriyalıq anime adaptasiyası 7 oktyabrdan 30 dekabr 2012-ci ilə kimi yayımlanmışdır.
Manqa seriyası Şimali Amerikada Del Rey Manga, Fransada Pika Édition, İtaliyada Planet Manga, Tayvanda Tong Li Publishing, Almaniyada Egmont Manga & Anime tərəfindən nəşr olunmuşdur. Anime adaptasiyası isə Şimali Amerikada Funimation Entertainment, Avstraliya və Yeni Zelandiyada Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır.
Sakura Sakurakoci döyüş incəsənət növləri ilə məşğul olan və liseyin ən gözəl qızlarından biri olan tələbədir. Bir gün Sakura avtobusla gedərkən pəncərədən gənc bir oğlanın göy alovlarla qarşısındakı bir neçə adamı diri-diri yandırdığına şahidlik edir. Növbəti gün insidentin baş verdiyi yerə getsə də, cinayətdən heç bir iz qalmadığını görür. Lideyə qayıdan Sakura sinfinə yeni gələn Rey Oqami adlı oğlanın keçən dəfə gördüyü gənc oğlan olduğunu kəşf edir. Oqami əvvəlcə ona yalan danışıb heç nə bilmədiyini deyir, lakin sonda onun arxasını buraxmayan Sakuraya həqiqəti danışır: Oqami hökumət üçün fəaliyyət göstərən 6 Kod: Qırıcıdan biridir. Kod: Qırıcıların nə ailəsi, nə adı, nə də xatirələri olur, əsas vəzifələri cinayət törədən, cəmiyyət üçün təhlükə yaradan şəxsləri amansızcasına ortadan qaldırmaqdır. Hər Kod: Qırıcının öz xüsusi gücü var, Oqaminin gücü isə göy alovlardan istifadə etməkdir. Oqaminin insanları öldürməsi ilə barışa bilməyən Sakura Oqaminin arxasını buraxmayıb onu insanları öldürmək fikrindən daşındırmaq qərarına gəlir.
Manqaka Akimine Kamicyo tərəfindən hazırlanan manqa seriyası 9 iyun 2008-ci ildən 11 avqust 2013-cü ilə kimi Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunmuşdur. Manqanın ilk tankobon cildi 17 oktyabr 2008-ci ildə buraxılmışdır.[1] Sonuncu cild isə 17 sentyabr 2013-cü ildə buraxılmışdır.[2] Ümumilikdə isə manqanın 26 cildi çapdan çıxmışdır. Manqanın 1-ci və 2-ci cildləri 2012-ci ildə JManga onlayn manqa saytında yayımlanmışdır.[3]
Manqa seriyası Şimali Amerikada Del Rey Manga,[4] Fransada Pika Édition,[5] İtaliyada Planet Manga,[6] Tayvanda Tong Li Publishing,[7] Almaniyada Egmont Manga & Anime[8] tərəfindən nəşr olunmuşdur. Anime adaptasiyası isə Şimali Amerikada Funimation Entertainment,[9] Avstraliya və Yeni Zelandiyada Madman Entertainment tərəfindən lisenziyalaşdırılmışdır.[10]
Yasuhiro İrienin rejissorluğu ilə Kinema Citrus studiyası tərəfindən 13 seriyadan ibarət anime serialı istehsal olunmuşdur.[11] Anime Yaponiyada 7 oktyabr 2012-ci ildən 30 dekabr 2012-ci ilə kimi yayımlanmışdır.[12] Açılış mahnısı kimi Granrodeo qrupu tərəfindən ifa olunan "Dark Shame" mahnısı, bağlanış mahnısı kimi Keniçi Suzumura tərəfindən ifa olunan "White Crow" (シロイカラス, Shiroi Karasu?) mahnısı səsləndirilmişdir.[11] Üç OVA seriyası istehsal olunmuşdur: "code:100 & extra Hanami & Plus 1" 17 dekabr 2012-ci ildə 22-ci cildlə, "code:extra 1, 2, 3 & Plus 1." 15 fevral 2013-cü ildə 23-cü cildlə, "code:4koma Special Theater" 17 aprel 2013-cü ildə 24-cü cildlə birlikdə buraxılmışdır.[13]
Anime Şimali Amerikada Funimation Entertainment tərəfindən 10 oktyabr 2012-ci ildə yayımlanmağa başlamış[14] və ingilis dilinə dublaj edilmişdir. AVCon 2013 tədbirində Madman Entertainment animeni Avstraliya və Yeni Zelandiya üçün lisenziyalaşdırdığını açıqlamış[15] və daha sonra Screening Room vasitəsilə yayımlamışdır.[16]
Anime yayımlanmazdan əvvəl 2012-ci ilin sentyabrında Biglobe tərəfindən keçirilmiş sorğuda "Code:Breaker" 2012-ci ilin payız mövsümündə ən çox gözlənilən 24-cü anime seçilmişdir.[30]
DVD Talks-dan Kayl Mills baş qəhrəman Rey Oqaminin bir antiqəhrəman kimi Leluş Lamperujun ("Code Geass") səviyyəsində olmadığını, amma Sakuranın izləməyə dəyər personaj olduğunu bildirmiş, lakin mənbə materialın kifayət qədər çox olmasına baxmayaraq animenin az seriyadan ibarət olmasına və yorucu, şablon məktəb səhnələrinə görə animeni tənqid etmişdir.[31]