Aralqum
| Aralqum səhrası | |
|---|---|
| Qaraqum səhrası | |
| Ümumi məlumatlar | |
| Sahəsi | 38000 km² |
| Yerləşməsi | |
| 44°40′00″ şm. e. 60°40′00″ ş. u.HGYO | |
| Ölkələr | |
Aralqum — Aral dənizinn quruması nəticəsində formalaşan yeni səhra[1]. Qumdan və şoranlıqdan ibarət olan Qazaxıstan və Özbəkistan ərazilərini əhatə edən səhra. Qaraqum səhrası və Qızılqum səhraları ilə sərhədə malikdir. Səhranı həmçinin Аğqum[2] olaraq adlandırırlar
Aral dənizinin səviyyəsi SSRİ dönəmində səhra sahələrinin əkinə cəlb olunması ilə azalmağa başlamışdır. 2005-ci ildə Kokaral bəndinin tikintisi ilə Şimali Aral tədricən bərpa olunmağa başlamışdır. Cənubi Aral quruduqca Aralqum səhrasının sahəsi böyüyür.

Gölün quruması nəticəsində 200 növ bitki və heyvan növü ərazini tərk etmişdir. Gölün quruması 1960-cı ildən başlamışdır. Əsas bitkiləri: Salicornia europaea, Suaeda crassifolia, Tripolium vulgare, Suaeda acuminata və Atriplex fominii[3]. Aralqumun sahəsi 38 min km² təşkil edir[4]. İl ərzində 100 milyon ton xırda duz və qum fırtılalarları geniş sahələrə yayılır. Burada qərbdən şərqə güclü axın vardır. Aralqumun toksik qumları Antarktida pinqvinlərinin qanında aşkarlanmışdır. Adi Aral qumları isə Belarusiyanın gölləri və Qrenlandiyanın buzlaqları üzərinə çökür[1].
İstinadlar
- ↑ 1 2 "State of Environment of the Aral Sea Basin" (ingilis). Regional report of the Central Asian States. 2006-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.05.2009.
- ↑ "Экология. Экологическая катастрофа Аральского моря". 29 iyun 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 iyul 2016.
- ↑ Walter Wucherer, Primary succession on the dry sea floor of the Aral Sea Arxivləşdirilib 2009-02-25 at the Wayback Machine, University of Bielefeld, Department of Ecology
- ↑ "Aralqum. Yeni Asiya səhrası". centrasia.ru. 2012-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.05.2009.
Mənbə
- В.Рахманов: Самая молодая пустыня в мире — Аралкум Arxivləşdirilib 2014-01-16 at the Wayback Machine
- Siegmar-W. Breckle Combating desertification and rehabilitation of the salt deserts in the region at the Aral Sea Arxivləşdirilib 2010-03-05 at the Wayback Machine
- "Evaporation of the Aral Sea : Feature Articles" (ingilis). Earth Observatory. İstifadə tarixi: 20.05.2009.
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.